Mingəçevir Dövlət Dram Teatrında İki yetimin taleyi adlı yeni tamaşa təqdim olunub -

Mingəçevir Dövlət Dram Teatrında “İki yetimin taleyi” adlı yeni tamaşa təqdim olunub

Mingəçevir Dövlət Dram Teatrında yenə teatr bayramı əhval-ruhiyyəsi yaşanıb. Teatrın yaradıcı heyəti tanınmış yazıçı, dramaturq Əli Əmirlinin maraqlı bir pyesini, ailə-məişət mövzusunda yazılan “İki yetimin taleyi” dramını tamaşaçılara təqdim edib.

AZƏRTAC xəbər verir ki, Mingəçevir Dövlət Dram Teatrı indiyədək yazıçı Əli Əmirlinin bir çox əsərlərinə tanınmış rejissorların quruluşunda səhnə həyatı verib. “İki yetimin taleyi” tamaşası Əli Əmirlinin bu teatrda hazırlanan 6-cı səhnə əsəridir. Çağdaş ədəbiyyatımızın ən məhsuldar yazıçılarından biri olan Əli Əmirlinin bütün əsərləri istər Mingəçevir Dövlət Dram Teatrında, istərsə də digər teatrlarda həmişə çox hərarətlə qarşılanıb. Bu da müəllifin teatra, dramaturgiyaya yaxından bələd olmasından xəbər verir.

“İki yetimin taleyi” tamaşası bir ailənin bədbəxt taleyindən bəhs edir. Rayondan Bakıya köçüb gələn ailə gecəqonduda yaşayır. Əxlaqca, mənəviyyatca zəngin olmayan bu ailədə ögeylik də mövcuddur. Ailə başçısı Gərayın həyat yoldaşı rəhmətə gedib, onun ikinci arvadı isə əvvəlki xanımının bacısıdır. Gərayın anası da ögeydir. Bəlkə bu ögeylikdəndir ki, ailədə həmişə dedi-qodu, söz-söhbət olur. Şəhər sakinlərinin tamaşaya marağı nəzərə alınaraq “İki yetimin taleyi” adlı yeni səhnə əsəri daha üç gün ərzində qonaqlara təqdim edilib.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov həmişə yenilik axtaran novator rejissorlardan biridir. O, ikinci dəfədir ki, Mingəçevir Dövlət Dram Teatrına dəvət alır. O, bu tamaşadan əvvəl Ü.Hacıbəylinin “Ər və arvad” tamaşasına da quruluş verib. Həmin tamaşa da çox uğurla keçib və bu gün də teatrın repertuarındadır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !