Binəqədi rayonunda daha bir səhiyyə işçisi Tərəqqi medalı ilə təltif edildi - FOTO

Binəqədi rayonunda daha bir səhiyyə işçisi “Tərəqqi” medalı ilə təltif edildi FOTO

Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə dövlətimizin başçısı cənab İlham Əliyevin iyunun 17-də imzaladığı Sərəncamla sağlamlığımızın keşiyində dayanan bir qrup səhiyyə işçisi fəxri adlara layiq görüldü.
Binəqədi rayonunda yerləşən Ə.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının şöbə müdiri Hüseynova Sevil Fazil qızı Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilibdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Ə.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasında Hüseynova Sevil Fazil qızını qəbul edərək ölkə başçısı cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi səhiyyə sahəsinə olan xüsusi diqqətini vurğuladı və “Tərəqqi” medalına layiq görülməsi münasibətilə təbrik etdi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !