Gənc müğənni Aytac Vidadiqızının ifa etdiyi Sevirəm mahnısı dünyanın ən varlı insanları sırasında olan ərəb şeyxinin diqqətini çəkib - FOTO

Gənc müğənni Aytac Vidadiqızının ifa etdiyi “Sevirəm” mahnısı dünyanın ən varlı insanları sırasında olan ərəb şeyxinin diqqətini çəkib FOTO

Gənc müğənni Aytac Vidadiqızının ifa etdiyi “Sevirəm” mahnısı dünyanın ən varlı insanları sırasında olan ərəb şeyxinin diqqətini çəkib. AZpress.AZ-a açıqlama verən ifaçı mahnısının seviləcəyinə əmin olduğunu bildirib. “Bilirdim ki, ifa etdiyim mahnı vətənimdə uğur qazanacaq. Amma əcnəbilərin diqqətini çəkməsini gözləmirdim. Ərəb şeyxinin mahnımdan xoşunun gəlməsini yaxın dostlarımdan biri dedi. Elə bildim ki, zarafat edir. Daha sonra şeyxin yaxın adamları mənə zəng edib bu haqda fikirlərini və şeyxin mənimlə görüşmək arzusunda olduğunu bildirdilər. Xəbərin həqiqi olduğuna o zaman inandım. Həmin ərəfədə Azərbaycanda olan şeyxlə görüşdüm. Bir-birimizin dilini başa düşməsək də, tərcüməçi vastiəsilə ünsiyyət qurduq. Səsimə və ifama aşiq olduğunu bildirdi. Məndən bu mahnıya ərəbsayağı klip və fotosessiya etdirmək üçün icazə istədi. Dedim klipi siz maliyyələşdirin, fotosessiyanı özüm edərəm”.

Aytac şeyxin adını açıqlamasa da, yaxın vaxtda şeyx üçün özəl konsert verəcəyini də bildirdi.

“Adını açıqlamaq istəmirəm. Bu düzgün çıxmaz. Özü də bunu məndən xahiş etdi. Kifayət qədər məşhur insan olduğundan mətbuatın gündəmini zəbt etmək istəmir. Buna baxmayaraq bir neçə aya şeyxin sarayında özəl konsert proqramı ilə çıxış edəcəyəm. Musiqiçilərimlə birlikdə artıq gələn həftədən konsert məşqlərinə start verəcəyəm”.

AZpress.AZ Aytac Vidadiqızının “Sevirəm” mahnısı üçün çəkilən ərəb üslubunda olan fotosessiyasını təqdim edir.

Vizajist Anar Ağakişiyev, fotoların müəllifi isə Niko Abbasovdur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !