Azərbaycan üzünü finala tutub -

Azərbaycan üzünü finala tutub

Qadın voleybolçular növbəti görüşdə də qələbə qazanmalıdır
Azərbaycanlı qadın voleybolçuların kapitanı Odina Bayramova Belçika üzərində son qələbədən sonra rahatlaşmağın tərəfdarı deyil. Bu qələbə ilə Azərbaycan 1/4 finala vəsiqə qazanmış olsa da, qarşıda onları lkin raundun son görüşü- Türkiyə ilə qarşılaşma gözəlyir.

Biz sözün əsl mənasında həm fiziki, həm də mənəvi cəhətdən bərk yorulmuşuq. Bütün günü ayaq üstəyik, həqiqətən yatmaq istəyirəm. Polşa ilə oyunda çox enerji sərf etdik, lakin bu üzrlü səbəb ola bilməz.
-Məşqçi Odina Bayramova

 

Gərgin bir atmosferdə davam edən oyun nəticəsində Azərbaycan Belçika üzərində beş setdə 3:2 hesabı ilə qələbə çalıb. bununla da qrup cədvəlində yerini bir daha möhkəmlədib.

Qələbəyə baxmayaraq, oyun məşqçini qane etməyib. Bayramova deyir ki, qrupdakı son görüşmədə gərək Türkiyəni məğlub etsinlər:

Oyun məni qane etmədi. Türkiyəni 3:0, ən pis halda isə 3:1 hesabı ilə udmalıyıq. Türkiyənin qrupda ən yaxşı komanda olduğunu hesab etmirəm. Bizim hamımız söz pəhləvanıyıq, amma gəlin bunu öz işimizlə sübut edək.
-Məşqçi Odina Bayramova

 

Qadınlar arasındakı digər yarışlara gəlincə, Türkiyə voleybolçuları Rumıniyanı, Bolqarıstan isə Xorvatiyanı məğlub etməklə 1/4 finala yer qazana bildilər. Niderland oyunçuları qrupun lideri Serbiyanı beş setdə məğlub etdi və hər ikisi öz yerlərini yarışın növbəti raundunda qoruyub saxlamağı bacardılar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !