Fərhat Pəhlivan: - Mən qalib gəldiyim üçün sevindim, o, məğlub olduğu üçün ağladı

Fərhat Pəhlivan: Mən qalib gəldiyim üçün sevindim, o, məğlub olduğu üçün ağladı

-Böyülərimizin söylədiyi kimi - "Biz iki dövlət , bir millətik. Azərbaycan xalqına sona kimi bizə dəstək olduğu üçün təşəkkür edirəm. Yarışlardan çox razıyıq. Hər şey sona kimi möhtəşəm hazırlanıb. Hər dövlətdən olan idmançılara xüsusi diqqət ayrılır. Buna görə Azərbaycana yarış təşkilatçılarına dərin təşəkkürümü bildirirəm.


-Yarışda rəqibiniz məğlub olduğu üçün ağladi. Bu hadisəyə münasibətiniz necədir?
Boks elə yarışmadır ki , bir idmançı qalib gəlir digəri meğlub olur. Mən qalib gəldiyim üçün sevindim, o, məğlub olduğu üçün ağladı. BU idmandır. Və belə hallar idmanda çox olur.


- Heç özünüz məğlub olduğunuz üçün ağladınız?
Yox. Hec vaxt məğlub olsam da ağlamadım.


- Bu oyunlarda qalib gəlməsəniz ağlayacaqsınız?
Qalib gəlməsəm də ağlamayacam. 28 yaşına gəlmişəm və indiyə kimi az uğurumuz olmayıb. Məğlub olacağamsa bir edəcəyim bir şey olacaq . Diqqetə oyunlara baxıb harada səhv etdiyimi incələyəcəm.


-Necə yaşa kimi idmançı kimi döyüşəcəksiniz ?
2012 də London Olimpiyadasına qatıldım və 5-ci oldum. Məqsədim 2016 -cı ildə Rioda Olimpiyadasına qatılıb ölkəm Türkiyəni təmsil etməkdir. Qismət olarsa orada qalib olmaqdır. Ümumilikdə boksda idmançı kimi işlərimi 2018 - ci ildə sona çatdırmaq istəyirəm.


- Ümumiyyətlə idmandan uzaqlaşacaqsınız, yoxsa məşqçilik və ya hakim kimi fəaliyyətə davam edəcəksiniz?
Əlbətdə mən hal - hazırda da məşqçi kimi fəaliyyət göstərirəm və idmançı kimi fəaliyyətimə son qoyandan sonra da məşqçi kimi idmana davam edecem.


-52 kq öz çəkinizdə sizin üçün ən güclü rəqib kimdir?
Azərbaycanlı Elvin Məmişzadə.


-Finalda kiminlə qarşılaşacağını düşünürsən ?
- Elvin yuxarı qrupdadır. Mən qrupdan çıxa bilsəm Elvinlə finalda qarşılşa bilərəm. Finalda kim qalib gəlməsindən asılı olmayaraq qazanan Azərbaycan Türkiyə olacaq.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !