Bakı 2015 1-ci Avropa Oyunlarının logotipin müəllifi Adəm Yunisov və Neftçi PFK Uşaq Akademiyasının koordinatoru Asif Əliyev ilə görüş - FOTO

“Bakı 2015” 1-ci Avropa Oyunlarının logotipin müəllifi Adəm Yunisov və Neftçi PFK Uşaq Akademiyasının koordinatoru Asif Əliyev ilə görüş FOTO

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) ofisində, təşkilatın sədri Şahin Seyidzadə, “Bakı 2015” 1-ci Avropa Oyunlarının logosunun müəllifi Adəm Yunisov və “Neftçi” PFK Uşaq Akademiyasının koordinatoru, Azәrbaycanda idman üzrә yeganә Fәlsәfә Elmlәri doktoru Asif Əliyev ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları ilə görüşüblər.

Görüş zamanı “Bakı 2015” 1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin tarixi əhəmiyyəti, “idman ölkəsi” kimi tanınan Azərbaycanda yeni idman növlərinə olan marağın yaranması və Avropa Oyunlarının loqotipinin ideyası, әrsәyә gәlmәsi, fəlsəfəsindən bəhs olunub.

Tədbir ARGTMŞ-ın sədri Şahin Seyidzadənin açılış nitqi ilə ilə başlayıb. Avropa Oyunlarının gənclərin məşğulluğu, könüllülük hərəkatı, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi sahəsində verdiyi töhfələrdən danışan təşkilat sədri gənclər təşkilatları tərəfindən oyunların əhəmiyyətin təbliğinin vacib olduğunu bidlirib. O, həmçinin qeyd edib ki, ARGTMŞ Avropa Oyunlarına dəstək və oyunların onlayn təbliği məqsədi ilə “twitter” soisial şəbəkəsində kampaniya həyata keçirir.

“Bakı 2015” 1-ci Avropa Oyunlarının loqosunun müəllifi Adəm Yunisov çıxışı zamanı Avropa Oyunlarının loqosunun ərsəyə gəlməsi, onun ideyası və fəlsəfəsindən danışıb. O, loqtipin Azərbaycanın dərin tarixi, mədəni köklərinə söykəndiyini bildirib və iştirakçıların Avropa Oyunlarının dizayn konepsiyası ilə bağlı suallarını cavablandırıb.

Görüşdə çıxış edən Azәrbaycanda idman üzrә yeganә Fәlsәfә Elmlәri doktoru Asif Əliyev Azərbaycanda ənənəvi və yeni idman növlərindən danışıb. O, Azərbaycanda idman oyunlarının tarixi, onun inkişaf yolu və Avropa Oyunlarının ölkəmizdə yeni idman növlərinə marağın artmasına verdiyi töhfələrdən danışıb.

Görüş zamanı həmçinin ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallarının sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !