I Avropa Oyunlarına həsr olunan Kofe rəngi adlı sərgi - FOTO

I Avropa Oyunlarına həsr olunan “Kofe rəngi” adlı sərgi FOTO

19 iyun saat 19:00-da Azərbaycanın Muzey Mərkəzinin Sərgi Qalereyasında "Kofe rəngi" adlı sərgi açıldı. "Coffee planet" şirkətinin sponsor dəstəyi ilə keçirilən Mədəniyyət və Turizm Nazirliyinin bu böyük art-layihəsi bu günlərdə paytaxtımızda keçirilən 1-ci Avropa oyunlarına həsr edilib və 30 iyun tarixinədək davam edəcək.
Sərginin ekspozisiyasına rəngkarlıq kətanları, qrafik əsərlər, heykəltəraşlıq, batika, instalyasiya və müəllif kuklaları daxildir. İncəsənət qalereyasının ayrıca zalı məşhur rəssam İrina Eldarovanın fərdi layihəsinə verilmişdir.
Vernisajda həmçinin yaradıcılığı artıq tamaşaçılara muzey mərkəzinin ötən art layihələrində fəal iştirakı ilə yaxşı tanış olan Bakı dizayneri Nadya Tazıyevanın geyim nümayişi təşkil olunmuşdur.
Sərgi çərçivəsində qəhvə maşınlarının yenimodelləri nümayiş olunacaqdır. Vernisajda hazır məhsulun dequstasiyası ilə təbii qəhvənin müxtəlif növlərinin təqdimatı keçiriləcək. Beləliklə, qəhvəyə həsr olunmuş sərgi bu günlərdə Muzey Mərkəzində nümayiş olunan digər ekspozisiya ilə vəhdət təşkil edir. Digər ekspozisiya dedikdə isə məşhur şokolatye Nikolya tərəfindən tamaşaçıların əldə etməsi üçün hazırlanmış ləziz suvenirlər səyyar şokolad muzeyi sərgisidir.Kofe rəngi.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !