I Avropa Oyunları ilə bağlı şəhərin müxtəlif yerlərində reklam-çap məhsulları yayılmaqdadır -

I Avropa Oyunları ilə bağlı şəhərin müxtəlif yerlərində reklam-çap məhsulları yayılmaqdadır

I Avropa Oyunlarının Bakıda keçirilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaratması ilə yanaşı ölkəmizin mədəniyyətinin, turizm potensialının təbliği baxımından da mühüm rol oynayır.
Bu məqsədlə I Avropa Oyunları ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni "Bakının kafe və restoranları", "Muzeylər, qoruqlar və qalereyalar", "Teatrlar, kinoteatrlar və konsert zalları" və "Parklar" adlı yeni reklam-çap məhsulları hazırlanmışdır.
Həmçinin məlumat üçün bildirmək istəyirik ki, Oyunlar çərçivəsində ölkəmizə səfər edən xarici qonaqlar arasında yayılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ümumilikdə 18 adda reklam-çap məhsulları sifariş edilmişdir. Azəbaycanın turizm potensialını əks etdirən və müxtəlif mövzuları əhatə edən reklam-çap məhsullarının Bakı və Mingəçevir şəhərlərində 20-dən artıq məntəqədə ödənişsiz yayılması həyata keçirilməkdədir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !