ADİU tələbəsinin Avropa Oyunlarına həsr edilən fotosərgisi açılıb - FOTO

ADİU tələbəsinin Avropa Oyunlarına həsr edilən fotosərgisi açılıb FOTO

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan təbiəti Bakı məşəlinin işığında” adlı fotosərgi keçirilir. Sərginin təşkil olunmasında əsas məqsəd İlk Avropa Oyunları ərəfəsində ölkəyə gələn xarici qonaqlara fotolar vasitəsilə Azərbaycanın əsrarəngiz təbiətini nümayiş etdirmək, qədim tarixi barədə məlumat çatdırmaqdır.
ADİU-nun Texnologiya və dizayn fakültəsinin 3-cü kurs tələbəsi olan Sona Gözəlovanın müəllifi olduğu sərgidə 30-a yaxın fotoəsər nümayiş olunub. Ölkəmizdə böyük təntənə ilə qeyd edilən İlk Avropa Oyunlarının məşəlinin səyahət etdiyi rayonların təbiət fotoları sərgi iştirakçılarının böyük marağına səbəb olub.
Paytaxt sakinləri və turistlərin marağına səbəb olan sərgidə nümayiş olunan təbiət əsərləri haqqında onlara ətraflı məlumat verilib. Xarici qonaqlar sərgi barədə təəssüratlarını bölüşərkən qeyd ediblər ki, fotolarda Azərbaycanın füsunkar təbiətini gördükdən sonra ən qısa zamanda həmin diyarlara səfər etməyi düşünürlər.
“Azərbaycan təbiəti Bakı məşəlinin işığında” adlı fotosərgi iyunun 21-nə kimi davam edəcək.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !