MEHRİBAN ƏLİYEVA KİŞİLƏRİN İDMAN GİMNASTİKASI YARIŞLARININ QALİBLƏRİNƏ MEDALLARI TƏQDİM EDİB - FOTO

MEHRİBAN ƏLİYEVA KİŞİLƏRİN İDMAN GİMNASTİKASI YARIŞLARININ QALİBLƏRİNƏ MEDALLARI TƏQDİM EDİB FOTO

İyunun 18-də birinci Avropa Oyunlarının idman gimnastikası yarışlarında daha iki dəst medalın sahibləri müəyyənləşib. Kişilərin yarışında çıxış edən Azərbaycan atleti Oleq Stepko birinci Avropa Oyunlarını gümüş medalla başa vurub. Onun mükafatlandırılması mərasimində Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da iştirak edib.

Milli Gimnastika Arenasında kişi və qadın gimnastlar fərdi çoxnövçülükdə qələbə uğrunda mübarizə aparıblar. Təsnifat mərhələsi iyunun 14-15-də keçirilən yarışın həlledici hissəsində iki Azərbaycan təmsilçisi də qüvvəsini sınayıb. Təsnifat mərhələsini üçüncü pillədə bitirən Azərbaycan atleti Oleq Stepko finalda daha yüksək nəticə göstərərək ikinci yerə layiq görülüb. Sərbəst hərəkətlərdən sonra 18 iştirakçı arasında 6-cı olan idmançımız sonra xal hesabını artırmağa müvəffəq olub. Gimnastika atındakı çıxışı ilə iki hərəkətin cəmində 29,900 xalla ikinci yerə yüksələn O.Stepko mövqeyini sonadək qoruyub. Gimnastımız həlqələrdə 14,633, dayaqla tullanmada 14,766, paralel qollarda 15,866, turnikdə 13,900 xal qazanıb. Bununla da yekunda 89,065 xalı olan O.Stepko Avropa Oyunlarının gümüş mükafatını qazanıb.

Komanda hesabında da bürüncə yiyələnən O.Stepko “Bakı-2015”-də iki medal əldə edən ilk Azərbaycan idmançısı olub. Bu medal Azərbaycan yığmasının yarışlarda 26-cı mükafatı olub.

Sonra qalib idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Mehriban Əliyeva medalları qalib idmançılara təqdim edib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !