Növbəti qızıl taekvondodan gəldi -

Növbəti qızıl taekvondodan gəldi

80 kq dərəcəsində yarışan Milad Beiqi Harçeqani ilkin mərhələdə serbiyalı Damir Feyziçlə üz-üzə gəlib və rəqibi üzərində inamlı qələbə qazandı – 12:0. Onun qələbəsi yarışı izləyən Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri tərəfindən alqışlandı. Qalibləri medallar dövlət başçısı tərəfindən təqdim olundu.

Harçeqani 1/4 finalda da özünü daha yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə döyüşən Azərbaycan idmançısı bu görüşü də 17:5 hesabı ilə öz xeyrinə bitirib.

Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra ilə qüvvəsini sınayıb. İdmançı bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçu oldu.

Ümumilikdə Avropa Oyunları çərçivəsində taekvondo üzrə Azərbaycan komandasının 4 üzvü yüksək nəticə göstərib. Ayxan Tağızadə və Mİlad Beiqi Harçeqani qızıl, Fəridə Əzizova gümüş, Patimat Abakarova isə bürünc medal qazanıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !