Prezident İlham Əliyev sərbəst güləşçi Xetaq Qazyumova qızıl medalı təqdim etdi - FOTO

Prezident İlham Əliyev sərbəst güləşçi Xetaq Qazyumova qızıl medalı təqdim etdi FOTO

Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş üzrə yarışlarda Azərbaycan güləşçisi, Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, dünya və Avropa çempionu Xetaq Qazyumov birinci Avropa Oyunlarının qızıl medalını qazanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final görüşlərini izləyiblər.

Sərbəst güləşçilərin 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Xetaq Qazyumov ilk görüşündə Polşa güləşçisi Radoslav Baranı 10:0 hesabı ilə məğlub edib. Növbəti mərhələdə moldovalı Nikolay Çebanı 4:0 hesabı ilə məğlub edən Xetaq Qazyumov daha sonra belaruslu İbrahim Saidov ilə qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn güləşçimiz yarımfinalda rusiyalı Abdusalam Qadisovu da 4:2 hesabı ilə məğlubiyyətə uğradaraq finala vəsiqə qazanıb. Finalda gürcüstanlı Elizbar Odikadze ilə güləşən Xetaq Qazyumov 3:1 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının çempionu olub. Bununla da Azərbaycanın sahib olduğu qızıl medalların sayı 10-a çatıb.

Sonra mükafatların təqdim edilməsi mərasimi keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Qələbə şərəfinə Azərbaycanın dövlət himni səsləndirildi, dövlət bayrağı ucaldıldı. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !