Rene Holten Poulsen və Martin Fuksa Birinci Avropa Oyunlarının medallarını qazandılar - FOTO+VIDEO

Rene Holten Poulsen və Martin Fuksa Birinci Avropa Oyunlarının medallarını qazandılar FOTO+VIDEO

Mİngəçevirdə avarçəkmə üzrə Danimarkanı təmsil edən Rene, öz bacarığını tam şəkildə göstərdi. İlk yarışda (1000m) öndə olan və yarımfinalda həmən nəticəni əldə edən idmançı, finalda bürünc medala sahib olub. Yarışmanın 3-cü günündə isə Poulsen 5000 metrlik distansiya üzrə yarışda yenidən qızıl medal uğrunda mübarizə aparacaq.

Martin Fuksa - avarçəkmənin 1000m məsafəli yarışında gümüş medala sahib olan idmançı. Və bu hələdə son deyil, çünki Martin 200 metrlik yarışın yarımfinalında 3-cü yerdədi və finalda qələbə uğrunda rəqabət aparacaq.

Danimarkanın avarçəkmə üzrə təmsilçisi Rene Poulsen, 5000 metrlik məsafəli yarışı bitirmədi. İdmançı öz Facebook səhifəsində bildirib ki, taktiki səhvinə və enerjisinin səmərəli istafadə etməməsinə görə, yarış məsafəsini qət edə bilmədi. Lakin, bir gün öncə Poulsen 1000 metrlik distansiyalı yarışda 3-cü yerdə finişə çatıb.

Çex Respublikasının təmsilçisi, avarçəkmə üzrə 200 metrlik məsafəli yarışda bürünc medal qazandı. Bununla idmançı 2-ci dəfədir ki, tətlif olunur.



Alisa Buxinger gümüş medal qazandı


İlk Avropa Oyunlarında Avstriyanı karate idmanı üzrə 68 kq. çəki dərəcəsində kumite yarışlarında təmsil edən Alisa Buxinger, ilkin mərhələlərində qalibiyyəti özündə saxlayaraq finala keçid aldı. Finalda Azərbaycan təmsilçisi İrina Zaretskaya məğlub olaraq 2-ci yeri tutdu.

Marko Fontana və Yana Belomoina Birinci Avropa Oyunlarında çıxış etdilər

Marko Fontana kişilər arası dağ velosipedi idmanı üzrə yarışda əksər vaxtını birinci beşlikdə keçirsədə, finişə 9-cu çatıb. Fontana yarışı 1:45:11 vaxtı ilə bitirib, birinci yerdə gələn Nino Şurterdən 4 dəqiqə 7 saniyə geridə qalıb.

Yana Belomoina qadınlar arası dağ velosipedi idmanı üzrə yarışında Ukraynanı təmsil edib. Ümumi vaxtı 1:35:47 olan Yana, rəqiblərinə güclü rəqabət göstərərək, finişə 7-ci çatıb.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !