Avropa Oyunlarını izləmək üçün Bakıya gələn Rusiya heyətini heyrətləndirən nə oldu? - FOTO

Avropa Oyunlarını izləmək üçün Bakıya gələn Rusiya heyətini heyrətləndirən nə oldu? FOTO

“Xalqımız çox gözəl tarixi bir məqamları yaşayır. İdmançılar bizim qürur mənbəyimizdir. Avropa Oyunları tarixində Azərbaycan öz adını qızıl hərflərlə yazdırdı. Kiçikdən böyüyə, hər bir şəxs Avropa Oyunları üçün əlindən gələni edir. Bu da çox sevindirci haldır.”
Bunu ictimai xadim Hacı Quliyev “Space” telekanalında yayımlanan “Günaydın” verilişində qonağı olarkən deyib. Avropa Oyunlarına həsr olunan verilişdə H.Quliyev xoş təəssüratlarını da bölüşüb:
“Xalqımız bu qələbələrlə yanaşı, çox həssas məqamlarını da yaşayır. Bugünkü həssaslığımız nədədir? Uluöndər Heydər Əliyevin bizə miras qoyduğu fundamental dövlətin çox gözəl bəhrəsini görürük. İdmançılarımız da, ümumiyyətlə, hamımız bir amala xidmət edirik. Yeganə Azərbaycan üçün gücümüzü eyni nöqtəyə vururuq. Bunun üçün çox gözəl şərait yaradıb.”
İctimai xadim, Avropa Oyunlarını izləmək üçün yaxın dostu olan, milləyətcə azərbaycanlı Rusiya Dumasının əməkdaşı Ramin Qasımovun böyük bir heyyətlə Azərbaycana gəlməsini açıqlayıb:
“Heyyətə millət vəkilləri, siyasi və ictimai xadimlər, o cümlədən, tanınmış mədəniyyət və incəsənət nümayəndələri daxil idi. Rusiya prezidenti də Avropa Oyunlarının açılış mərasimini izləmək üçün Bakıya gəlmişdi. Mənim üçün də belə bir xoşbəxtlik oldu ki, həmin anları onlarla birlikdə keçirdim. Biz çox xoşbəxt xalqıq. Xarici qonaqlar Azərbaycana çox böyük heyrət hissi ilə yanaşırdılar. Onlar mədəniyyətimizə, milli mətbəximizə, idmanımıza, ümumiyyətlə, respublikamızın inkişafına qarşı heyrətləndiklərini açıq şəkildə bildirirdilər. Həmçinin onu da əlavə edim ki, iyunun 12-i Rusiyada “Rusiya Günü” qeyd olunur və həmin heyyət Bakıda bir araya gələrək, öz himni ilə birgə, Azərbaycan himnini də ifa ediblər. Təbii ki, bu da kənardan izləyənlərin çox böyük marağına səbə olub.
Diqqətçəkən digər məqam isə odur ki, onlar ancaq Azərbaycan çayı və məhz armudu stəkanda içirdilər. Azərbaycan çayının ləzzətinə çox heyran oldular. Rusiyaya qayıdarkən onlara Lənkaran çayı və armudu stəkan hədiyyə olundu. Bundan sonra isə Ramin Qasımov mənə xəbər etdi ki, Rusiya dumasında “Azərbaycan çayı günü” qeyd ediblər.”
Verilişdə Avropa Oyunlarının medal qazanan bəzi idamançıları və müğənnilər iştirak edirdilər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !