Zahid Oruc: - İKİ İLHAMIN YANDIRDIĞI MƏŞƏL...

Zahid Oruc: İKİ İLHAMIN YANDIRDIĞI MƏŞƏL...

Açılış mərasimini canlı izləyən 68 min tamaşıçının,o cümlədən, ekranlar qarşısına toplaşan yüz milyonlarla insanın hər biri nümayiş olunan möhtəşəm təqdimatın əlahiddə bir cəhətini qabardar və mövqeyində haqlı görünər.Lakin dünyada sülh üçün,dostluq və əminamanlığa verilən mesajların çoxluğuna görə hər kəs vahid bir rəydə şərikdir:Azərbaycan müharibədə qol çırmayıb gücünü sınayanlara,son illər hər gün evlərimizə tökülən qanlara və müxtəlif ideologiyalar uğrunda törədilən kütləvi qətllərə qarşı ən güclü siyasi-mədəni sipər çəkdi,silahların barıt qoxuyan yaylım atəşinin əvəzində uca göylərə işıqdan,nurdan bir ayrı səhifə yazdı.
Adamlar bunun fərqindəydilər.Vaxtilə dünyada Qvatemalaya,Nikaraquaya,yaxud elə bizə yaxın Əfqanıstana müxtəlif ölkələrin hərbi qüvvələri yeridiləndə yüz minlərlə insan etiraz aksiyalarına çıxar,məzlum xalqların səsinə səs verərdilər.Ancaq indi hamı kəsilən başların haqqını tanıyır və quzuluq kompleksinin daşıyıcısı kimi bununla barışır, ədalətsizliklə hesablaşır və hər gün artan qəddarlığa dirənişi ağlının ucundan belə keçirmir.Bizim dövlətimiz dünən işğala məruz qalanların hayqırtısını,torpaq itkiləri altında diplomatiyanın hər cür rəzalət sifətlərini görənlərin haqq səsini dünyaya çatdırmağı bacardı.
Millətləri təkcə ideologiyalar yox,həm də vahid meydanlar birləşdirir.Müxtəlif lojalarda otursalar da bərabərsiziyi,sosial ayrıseçkiliyi kənara ataraq hər kəs vahid bir hissin,xoş bir ovqatın,birləşdirici emosiyanın daşıcıyıcısına çevrilirmişdi. Tarixin bütün dönəmlərində xarakterindən asılı olmayaraq,hər bir dövlət izmçilik və qatı nəzəriyyələr təlqin edən kitabların vasitəsilə milli həmrəliyi təmin etməyə çalışır,lakin Qərb cəmiyyətlərində hamını heyrətə gətirən coşqu,azadlıq, bərabərlik duyğuları sanki yaranışından belə xəlq olunmuş kimi görünürdü.Nəydi bunun səbəbi? Yoxsa, sadəcə düşmənə görə onlar bir aradaydılar? Qəti olaraq, xeyr.Əslində nəhəng hərb maşını kimi hamını lərzəyə salan sovetlər birilyinin çatışmayan cəhəti tamam başqa gerçəklidə gizlənmişdi. Sadə britaniyalıların,yaxud ispanların adicə öz futbol komandalarına yüz illərlə canlı tamaşaçılıq etməsi təkcə fərdin öz zövqünə xidmətə çevrilmirdi,həm də onların arasında yaxşı rabitəyə, səmimi ortamların bölüşdürülməsinə səbəb olurdu.Dünən kiminsə siyasi hədəfində olan nazir də,başqasını hiddətləndirən parlamentari də,yaxud vətənin ağırlığını çiyinlərində daşıyan sadə vətəndaş da eyni amala xidmət etmək,yaxud məmləkətin xoş gününə şahid olmaq üçün o meydana toplaşmışdı.Ürəklərdəki kini-küdurəti unutmağın məkanını ayrı cür yaratmaq olmurmuş.
Yəqin diqqət etmisiniz,xüsusilə də şərq xalqlarında faciə ədəbiyyatı xüsusilə inkişaf edib.Roman və povestlərinin bəhs etdiyi süjet xətti sanki “”səfillər”in növbəti fəsilləridir.Müsəlman dünyasında oturuşmuş yas ideologiyasının min illərlə yaşı var və imamlarımızın şəhidliyinin islam aləmində əbədi iztirab və ağrı doğurduğunu söyləyənlər haqlıdılar.Bizim qədim yurdumuzun məğlubiyyət səlnamələrinin özünəməxsus dili,mifologiyası və uğursuzluq fəlsəfəsi mövcuddur.Kənardan baxanda qalibiyyət üçün yalnız Qərbin əlinə,dilinə,filminə, siyasətinə, oyunlarına baxmağa məhkum edilmiş bir toplumu qarşınızda görə bilərsiniz.Axı uduzanda hamının bir-birini didib-parçalamağa hazır olduğunu,qarşılıqlı nifrətin və hüdudsuz aqresiyanın ictimai ruha hakim kəslidiyini yaxşı görmüşük. Dünən adamlar qələbənin başına toplaşmışdılar.Sevinc,qürur,güvənc hislərini ifadə etməkdə çətinlik çəkənlərin yaşadığı emosiya dənizini görmək son dərəcə fərəhli hadisəydi.Qalibiyyətin dilini danışmaq tamam ayrı olurmuş.İnsanların hər neqativə və şübhəyə köklənən halının dəyişməsi inqilabi yeniləşmədir. Azərbaycanın liderinin missiyası ilə 2-ci dünya savaşında uduzsa da yenidən səfərbər olunaraq kiçik uğurlarla milli gücünü bərpa edən almanların görkəmli sərkərdəsi Adenauer arasında dərin bir oxşarlıq var.
Ədəbiyyat bizə torpağın hər qarşını Vətən adlandırmağı öyrədib.Lakin yüz illər Bakının bağrını yaran və çarizmə,sovet tanklarına,yaxud ingilis imperiyasına gərək olan qara qızılın hər qramı coğrafiyamız üzərində dərin və ləkəli izlər qoyub.Çixardiğimiz neftin altındakı ərazilər zəhərlənmiş və minalanmış çöllərə çevrilib.Salxım buruqlara həsr olunan poetik nümunələrimizin əkisinə olaraq qara mazutlardan sonra qalan torpaqlar ayağımızın altından sürətlə bizi tərk edib.Və təkcə sərvətlərimizin amansız sümürülməsi ilə yox,həm də milyon kub metrlərlə axıdılan çirkli sular vasitəsilə yaradılan süni şor göllərin,tullantılardan törənmiş hövzələrin yerində cənnt qurmaq yalnız bur toprağı bütün varlğı ilə sevənlərin işi ola bilərdi.Dünən ən yüksək təəssüratlar selinə qərq olmuş Olimpiya meydanı həm də bu xalqa “böyük Şor” ərazisini qaytardı.Sadəcə yabanı bitkilərə yem olmuş torpaqların milli fonda dönməsini bütün millətimiz bir yerdə qeyd elədi.Ustad Məhmət Akif Ərsoy qələmi əsə-əsə yazdığı İstiqlal marşında millətinə ayaq basdığı toprakların altında kəfənsiz yatanları xatırlamağı tapşırırdı.Gələcək azərbaycanlılar onların xəritələrdə göstərdiyi yerləri abad Vətən torpaığına kim döndərdiyini dəqiq biləcəklər.Onda insanlarımızın leksionundan “böyük şor”lar çıxacaq və bir daha geri qayıtmayacaq.
Yaranışın ilki,bəşəriyyətin xeyir və şər tərəziləri üzərində qərar tutması,yer kürəsini çiyinlərində daşıyan öküzün min illərdi qət etdiyi yol,onun üzərində canlı varlıqların əməlləri hər zaman fövqəladə maraq kəsb edib.Dörd ünsürün qoruyub saxladığı kainatdan kənarda sivilizasiya mövcud deyil.Dünən ilk baxışda insanın alın qırışlarını,yaxud susuz çölləri xatırladan yer qabığını yarıb üzə çıxan insanlar dünyaya başlanığıca qayıdış çağırışını verdilər.Hər addımından bir qığılcım törəyən tək adamın sonra həyat nişanələri kimi arxasında qoyub getdiyi yaşıl nemətlər də,can atdığı su qurşağı da hamını Allahın bəxş etdiklərinə sayğı ilə yanaşmağa dəvət üçün seçilmişdi.Yüzlərlə texniki qurğunun real həyata bu qədər yaxın bir ruhu təkrarlaması demək olar görünməmiş hadisəydi.Qayalaşan və hər pilləsində Azərbaycanın min illik yazılı tarixinə işıq salmağa çalışan həmin kompozisiyalar ən uca zirvədə əlində tək alov tutan adamın bəlkə də yer üzünə odu gətirən Zevs olduğuna işarələr idi. Hə,simvollarla düşünmək şərq varlığını ayrılmaz hissəsidir.
Siz səsindəki matəm ruhu ilə hər zaman Şərqi təmsil edəcək muğam ustadının bəzənmiş piano üzərindən milyonlara “Xəyal et” deyərək səslənən qərbli rok ulduzunun eyni salonu paylaşmasında da bir harmoniya və nizam axtarın.Kim bilir,özgürlüyün himnini yazmağa şərqlilər nə vaxt qalxacaqlar,lakin onları yaşadan “Allahu-əkbər”siz keçinmək hələ ki,mümkün deyil.Alim öz auditoriyasını yaxşı tanıyır-genetik kodunda kədər olan millətini.
Qarabağı təkcə siyasət davası bilənlərin zehinlərini necə dəyişmək olardı?Savaşda gözündən əlil olmuş İlham Zəkiyevin əli ilə yanan məşəli meydanlara daşımaqla,yüz illərdi səfərbərlik və döyüş ruhu ilə oxunan şikəstəyə minlərlə səsin qovuşuğunda yer tapmaqla,hər qarışını dolaşan məşəlı Quzanlıya,Horadizə qədər gedə biləcəyini dünyaya göstərməklə.O tonqalı Qarabağda yandırmaq,təkcə səngərdə dayanan əskərin deyil,hər kəsin mübarəzəsinə yalnız bu yolla çevrilə bilərdi.Mədəniyyətin gücü silahlardan daha ötədir.İndi tatami üzərinə çıxan güləşçi də,oxla hədəfi nişan alan atıcı da Azərbaycanın torpaq bütünlüyündə bəlli bir missiyada iştırak edir.Dünən həm də Qarabağın uğrunda gedən döyüşlərin günü idi.
Azərbaycan qadını ilə at belində birgə savaşa yollanan babalarımızın örnək tarixini müasir zəmanəmizə necə daşımaq olar?Tarixi nə qədər kişi sifətli saysalar da zərif məxluqların dünya idarəçiliyindəki yerini inkar edə bilməzlər.Liderin şəxsi taleyinin uğurlu olması təkcə bir insanın xoşbəxtliyinə çevrilmir,həm də xalqın faydasına işləyir.Dünən Mehriban Əliyevanın zəkasının,zövqünün,təşkliati qabiliyyətinin və daha neçə-neçə nəcib keyfiyyətləriin növbəti təntənəsi günüydü. Həmşə Şərqin patriarxal hakimiyyətindən şikayətlənən Qərbə tribunadan səslənən məhz Azərbaycanın Birinci xanımı idi.Onun simasında təcəssüm edən obraz bir ölkənin açıq,azad və ləyaqətli qadını üçün ən yaxşı tablo ola bilərdi.Qara çadralar altında və kişi zorakılığından inildəyən cəmiyyətlərin tamam əks mənzərəsini bundan yaxşı yaratamaq mümkün deyildi.
Bir sözlə,İlham Əliyev öz qələbəsinə doğru inamla irəliləməkdə davam etdi.O bundan ötrü yüzlərlə xarici təxribatı dəf etməli,məkrli ssenariləri pozmalı oldu.Bu mübarizədə o,öz millətinə söykənsə də bir an belə qarşıya qoyulmuş məqsəddən geri çəkilmədi,ona qarşı törədilən yanğınlardan,soyulan binaların dərisindən,yaxud ovlanan diplomatlarından usanıb “dayanmaq” əmrini vermədi.İlham Əliyevin dünənki qələbəsi fərdi hadisədən daha çox təmsil etdiyi millətinin aktivinə yazıldı.Putin və Ərdoğan onu ayaqüstü alqışladılar.Kemeron və Merkel Azərbaycan liderinin iddia və qalibiyyət ambisiyalarını yəqin qəlblərində anlayışla qarşıladılar.İnsanların içərisindən kiçiklik kompleksini çıxarmağın və yüksəkliyə doğru canatmağın belə nümunələri tarixdə elə də çox olmur.
Dünən Azərbaycanda yanan məşəlin odunu prezident İlham Əliyev Atəşgahdan götürmüşdü.Onu ikinci İlham son ünvanına çatdırdı.Həyat işığından məhrum olsa da söykəndiyi Liderin açıq bəsirət gözlərinə,dərin duyumuna ,seçdiyi yola və qətiyyətə güvənərək uğura yetişmək mümkün olurmuş.
İlham Əliyevin miqyası və Heydər Əliyevin dünyası haqqında çox danışırlar.Hər iki böyük şəxsiyyətin 

formalaşdığı zaman və siyasi şərait çox fərqli olub.Lakin bir həqiqəti heç kəs inkar edə bilməz:övlad atadan irəliyə keçəndə bu yalnız qürur doğurur.
Dünən həm də ata Əliyevin sevindiyi gün idi-Azərbaycanın qüdrətli oğlunun qələbəsi günü!
Dünən göylərə ucalan təkcə yaylım atəşləri deyildi,həm də bir məmləkətin ən sadə insanın də dilindən səslənən dualar idi!
Allah millətimizi və liderimizi hifz etsin! 

Zahid Oruc

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !