Rusiya bədii gimnastika yarışında qızıl qazandı -

Rusiya bədii gimnastika yarışında qızıl qazandı

 Kiçik çətinliklərə baxmayaraq çərşənbə günü Milli Gimnastika Arenasında bədii gimnastikanın çoxnövçülük üzrə qrup finalında ruslar vədlərinə sadiq qalaraq birinci yer tutdular.

Komandanın veteranı 23 yaşlı Anastasiya Maksimova belə deyib:

Biz qələbəyə inanırdıq. Özümüzə inanırdıq. Bizim missiyamız fəxri kürsüyə yüksəlmək və öz bacarıqlamızı nümayiş etdirmək idi. İlk hərəkətlər yaxşı idi, lakin ikinci hərəkətlərdə iki səhvimiz oldu. Mən çıxışımıza 10 ballıq sistemlə 9 bal verirəm.
-Anastasiya Maksimova

 

İki halqa və 3 dəst gürz ilə hərəkətlərdə Rusiyanın kiçik səhvləri belə titulu qazanmaqlarına heç bir təhlükə yaratmırdı. Onlar qızıl uğrunda 35.300 xal topladılar. Müvafiq olaraq İsrail (35.050) gümüş və Belarus (34.850) isə bürünc medal qazandı.

Ekaterina Levina (ISR) İsrailin yer tutmaqdan daha çox çıxışa fikrini cəmlədiyini dedi:

Bunun üçün çox çalışırdıq. Düşünmürdük ki, ikinci yerə çıxarıq. Edəcəyimiz çıxış haqqında düşünməyə çalışırdıq və bu da nəticə.
-Ekaterina Levina

 

Bazar günü müvafiq ayrı-ayrı qrup hərəkətləri üzrə finalda hər bir hərəkət üzrə ilk altı qrup vəsiqə qazanmışdı.

Beş lent ilə hərəkətlərə Rusiya, üç dəst gürz və iki halqa ilə hərəkətlərə isə Belarusiya liderlik edir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !