Azərbaycan idmançıları qələbəyə köklənib -

Azərbaycan idmançıları qələbəyə köklənib

Çərşənbə axşamı qadınlar arasında çimərlik voleybolu üzrə yarışların nəticəsi sürprizsiz ötüşmədi. Avstriya-Azərbaycan qarşılaşmasında 3-0 hesablı il irəli çıxan Vivian Kunha (AZE) və Zinaida Lyubimmovanın (AZE) rəqiblərinə asanlıqla üstün gələcəkləri gözlənilirdi. Axı bundan əvvəl avstriyalı Katarina Şutzenover və Lena Mariya Plesyutşniq litvalı rəqiblərinə uduzmuşdular.

Lakin oyun avstriyalıların xeyrinə başa çatdı.Onlar Azərbaycana 21-19, 21-15 hesabı ilə qalib gəldilər.

Azərbaycan cütlüyü özlərinin A qrupunda Litva cütlüyü Dumbauskayte və Povilaytite qarşı bu axşam (17 İyun) keçiriləcək final görüşündə çox çalışmalıfır.

Azərbaycanın digər idmançıları - Rakuel Ferreira və İuliia Kərimovanın hesabında iki qələbə var. Onlar Ukrayna cütlüyü Darya Udovenko və Yelizaveta Sulima üzərində 21-17, 21-16 hesabı ilə aşkar qələbə qazanıb.

Biz yarışlara yavaş başladıq və getdikcə nəticələrimizi daha da yaxşılaşdırdıq. İuliia çox yaxşı oynamağa başlayıb. Mən axşamkı oyundan narahat idim. İndi isə özümüzlə qürur duyuram.
-Rakuel Ferreira

Səhər sessiyasında Ferreira və Kərimova, Katarzina Kosilolek (POL) və Dorota Straqı (POL) iki setdə məğlub etmişdi. Onların ilk qələbəsi axşamkı oyunlarına da müsbət təsir göstərdi.

"Kömək sizin öz dərinizdə hiss etdiyiniz, sizin ağlınızı əlinizdən alan nə isə bir şeydir" - deyə Kərimiva bildirib.

Qadınların Bakı Çimərlik Arenasında yarışları çərşənbə günü günortadan sonra davam edəcək.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !