Azərbaycan oxatanları gücünü göstərdilər -

Azərbaycan oxatanları gücünü göstərdilər

Bu gün kamandan oxatma üzrə 1/4 finalçılarının adları bəlli olub. Heyətində London 2012-nin qızıl medalçısı olan İtaliya komandası 1/8 final mərhələsində Azərbaycan komandasına yalnız qızıl xal uğrunda atış seriyalarından sonra qalib gələ bilib.

İtaliyanın elə ilk mərhələdən asan qələbə qazanacağı gözlənilirdi. Lakin Azərbaycan komandası növbəti iki setdə üstünlüyü ələ aldı. İtaliya hesabı bərabərləşdirməyə nail olduğundan, oyun qızıl xal uğrunda atış seriyaları ilə davam etdirildi. Bu mərhələdə də Azərbaycan komandası İtaliyaya güclü müqavimət göstərdi və rəqibinin 10 uğurlu cəhdinə adekvat şəkildə cavab verdi.

İtaliyanların sonuncu oxu atmasına cəmi bir neçə saniyə qalmış Mişel Frangilli (ITA) altı xal qazandı. Roman Vengerov (AZE) eyni vaxt məhdudiyyəti ilə yalnız 5 xal qazana bildi.

Vengerovun komanda yoldaşı Taras Senyuk bundan sonrakı yarışlarda daha qətiyyətli çıxış edəcəklərini bildirdi:

Doğma azarkeşlər qarşısında çıxış etmək bizi ruhlandırır. Əlimizdən gələni etdik və azarkeşlər möhtəşəm idi. Biz bütün gücümüzü ortaya qoyduq. Qarşıdan gələn yarışlarda da eyni şəkildə mübarizə aparacağıq.
-Taras Senyuk

Senyuk ona da əlavə edib ki, Azərbaycan komandası məşqdə olduğundan daha yaxşı çıxış edib. Və yalnız kiçik xal fərqi ilə məğlub olub.

Daha əvvəl keçirilən görüşlərdə Norveç üzərində 5-1 hesabı ilə asan qələbə qazanan Almaniya Fransa ilə, Polşa üzərində 5-3 hesabı ilə üstün olan Rusiya isə Niderlandla qarşılaşacaq. Türkiyəyə qarşı çətin keçən matçda qələbə qazanan İspaniya 1/4 final mərhələsində Belarusa qarşı mübarizə aparacaq. İtaliya isə öz növbəsində Ukrayna ilə qarşılaşacaq.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !