Rusiya televiziyasının Birinci kanalının Voskresnoye vremya analitik informasiya proqramında Bakıda "Birinci Avropa Oyunları"na həsr olunan süjet göstərilib -

Rusiya televiziyasının Birinci kanalının “Voskresnoye vremya” analitik informasiya proqramında Bakıda "Birinci Avropa Oyunları"na həsr olunan süjet göstərilib

MOSKVA ŞƏHƏRİ, RUSİYA FEDERASİYASI. Rusiya televiziyasının Birinci kanalının “Voskresnoye vremya” analitik informasiya proqramında Bakıda birinci Avropa Oyunlarına həsr olunan süjet göstərilib.
Kanalın müxbiri Aleksandr Yevstiqneyev Bakıdan olan materialını “Böyük şəhərin işıqları” adlandırıb.
Rusiya Federasiyasının Birinci kanalı - "OРТ- 1" proqramın aparıcısı həmvətənlimiz İradə Aftandil qızı Zeynalova süjetin əvvəlində deyirb:
“Oyunlara Şərqə xas böyük vüsətlə hazırlaşıblar: açılış mərasimi üçün təqribən 70 min tamaşaçı yeri olan nəhəng stadion inşa edilib. Aydın məsələdir ki, bu Oyunlar ölkəni təqdim etmək, Bakının istənilən səviyyədə görüş və danışıqlar məkanına çevrilməyə hazır olduğunu göstərmək üçün fürsətdir.
“Alov, ardımca gəl”: bu, oda-alova bürünmüş bir açılış mərasimi idi. İki ənənə - Avropa və Şərq bütün koloriti ilə göz qabağında çulğaşırdı. Onlar öz ölkələrini dünyaya şablonsuz göstərdilər. Neft vışkaları olmadan, qara kürüsüz və bazarlarsız göstərdilər. Burada yerin təkindən Bakının rəmzi olan alov dilimləri çıxır, az qala yüz xalqın nümayəndələrinin gözündə qığılcımlar oynayır. Bu görkəmdə qədim sivilizasiyasının təcəssümü sayılan qədim məkan Qobustanın qayaüstü rəsmləri alışıb-yanır.
Həmçinin eyni vaxt kəsimində, Avropanın mədəni kodlarını görürük. Avropanın oğurlanması – idman arenası üzərində uçan nəhəng ağ öküz. Mərasimin təşkilatçıları bunun mexanizmini gizli saxlayırlar. Nəhayət, sarışın saçlı Ledi Qaqa. Bu dəfə o, qarşımıza tamamilə başqa bir obrazda çıxaraq Lennonun lirik “Imagine” mahnısını ifa edir –
“Təsəvvür edirsinizmi...”
Bu mənzərəni təsəvvür etmək isə həqiqətən çətindir. Azərbaycan birinci Avropa Oyunlarının açılışı

 mərasiminə cəmi iki ilə qədər hazırlaşıb. Paytaxt Bakının siması kökündən dəyişib. Cürbəcür parıltılı işıqlar Bakı şəhərini - idman şəhərinə çevirib. Bu da Xəzərin duzlu küləyi kimi havaya qarışıb. Hər şey göz önündədir. Bütöv idman məhəlləsinə heç Olimpiya Kəndi demək olmaz. İdmançılara xidmət edən nəqliyyat üçün xüsusi zolaqlar nəzərdə tutulub. Londondakılara bənzəyən, amma ağ və badımcan rəngində olan taksilər. Nəhayət, əsas obyektlər. Futurist üslubda açıq hovuz. Böyük Bakı Olimpiya Stadionu. Hər halda Avropa Oyunlarını Azərbaycanda çoxdan gözlənilən Olimpiada kimi qəbul edirlər.
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılış mərasimində deyib: “Əziz dostlar, bu axşam biz Avropanın idman tarixində yeni fəsilə başlayırıq. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir”.
...Burda təxminən 70 min tamaşaçı nəfəsini dərmədən diqqət yetirlib. Səhnədə min artist dayanıb. Başgicəlləndirici rəqs - qızlar cürbəcür naxışlar - sanki Azərbaycanın milli ornamentlərini toxuyurlar. Təbii ki, bu naxışlar sonda milli bayrağa çevrilir. Sonra bütün bayraqlar stadiona gətirilir. Altı min idmançı, 50 yığma komanda. Tribunaların önündən Rusiyanın yığma komandası keçir. Komandanın bayraqdarı sərbəst güləş üzrə Olimpiya çempionu Hacımurad Qatsalovdur.
Tamaşaçılar Azərbaycan yığmasını ayaq üstündə alqışlayırlar. Eyni şəkildə Türkiyə yığmasını qarşılayırlar. Onlar yaxın tərəfdaşdırlar. Hələ Avropa Oyunları başlamazdan əvvəl politoloqlar açılışa hansı dövlət başçılarının gələcəyi barədə öz fikirlərini bildiriblər: Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Aleksandr Lukaşenko – on iki dövlət başçısı. Yəni, bərabərhüquqlu dialoqa qadir olan ölkələrin rəhbərləri.
Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə apardığı danışıqlardan, Bakıda Atletlər Kəndində Rusiya yığma komandasının üzvləri ilə görüşündən kanalın tamaşaçılarına söz açan Rusiya Federasiyasının Birinci kanalı - "OРТ- 1" -in əməkdaşı Aleksandr Yevstiqneyev sonda belə bir fikri də xatırladır ki, İdman siyasət mövzusu olmasa da, söhbət etmək üçün gözəl fürsətdir...

 

 


Təqdim edəni:
Əlihüseyn ŞÜKÜROV.
Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü.
"Qızıl Qələm" və "Ustad Sənətkar" media mükafatı laureatı.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !