Bakı 2015 Avropa Oyunları çərçivəsində Coca-Cola fan-zonası minlərlə insan toplayacaq - FOTO

“Bakı 2015”Avropa Oyunları çərçivəsində “Coca-Cola”fan-zonası minlərlə insan toplayacaq FOTO

Tanınmış Bakı bulvarında Oyunların canlı yayımını izləmək, milli komandamıza azarkeşlik etmək və ya dostlarla, həmçinin digər azarkeşlərlə dincəlmək imkanı verən böyük“Coca-Cola”oyun zonası açılıb
Həyatını oyunlarla və xoşbəxtliklə zənginləşdir – “Bakı 2015” İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” şirkətinin əsas şüarıdır. Qarşıdan gələn və ilin ən irimiqyaslı, qlobal yarışlarından olan bu idman hadisəsi qürur, sevinc və yüksək əhval-ruhiyyə ilə, başqa sözlə xoşbəxt anlarla zəngin olacaq. “Coca-Cola” mötəbər tədbirin yaddaşlarda qalaraq xoş təəssüratlar yaşatması üçün Oyunların idman irsini uzun illər ərzində qoruyub saxlamağa yardımçı olacaq.
Özəlliklə Avropa Oyunları üçün çoxsaylı kampaniya və aksiyalar həyata keçirilir. Bu cür genişmiqyaslı tədbirlərdən biri şəhərin mərkəzində, tanınmış Bakı bulvarında 200 kv. metr sahəyə malik böyük “Coca-Cola”fan-zonasının açılmasıdır. Oyunların son gününədək bayram əhval-ruhiyyəsinin özəl bir tərzdə hiss olunması üçün fan-zonada bütün gərəkli işlər görülüb. Milli yığma komandamızı dəstəkləyən və azarkeşlik edən hər bir kəs idmançılarımızın çıxışlarını sözügedən fan-zonada canlı yayımda izləyə bilərlər. Oyunların gedişatındafan-zona ümumilikdə 20 minədək bayram iştirakçısı və qonaq qəbul etmək imkanında olacaq.
“Avropa Oyunları sadə bir idman yarışması deyil, bütün iştirakçılara və tamaşaçılara ən xoş təəssüratlar yaşadacaq dünya miqyaslı idman hadisəsidir. Bakının ən mənzərəli və tanınmış rayonlarından olan dənizkənarı bulvarda yerləşən “Coca-Cola”fan-zonasını bayram ab-havasının hökm sürəcəyi mərkəzi yerlərdən birinə çevirmək istəyirik. Burada insanlara özlərini möhtəşəm idman hadisəsinin iştirakçısı olmaq imkanı yaradan cürbəcür fəallıqlar təqdim olunur. Avropa Oyunlarına ev sahibliyi edən Bakının sakinlərini və şəhərin qonaqlarını fan-zonaya dəvət edirik!”, - deyə “Coca-Cola”nın Qafqaz və Mərkəzi Asiya regionu üzrə baş direktoru NiracQarqqeyd edib.
“Coca-Cola”nın qonaqları bayram əhval-ruhiyyəsini və xoşbəxt anları müxtəlif cür paylaşa biləcəklər. Məsələn, foto üçün nəzərdə tutulan xüsusi sahədə daha sonra fan-zonanın mərkəzində böyük LED ekranda nümayiş olunacaq parlaq və emosional şəkillər çəkdirmək olar. Bundan əlavə fan-zonaya gələnlərə sağlam həyat tərzinin təbliğinə yönəlmiş müxtəlif fəallıqlara təklif edilir.
Oyunlar ərzində şəkillərdən əlavə LED ekranda yarışların nəticələri, idman obyektlərindən canlı bağlantılar, “Bakı 2015”in ən maraqlı görüntüləri: idmançıların, azarkeşlərin, Avropa Oyunlarının qonaqlarının həyəcanı nümayiş etdiriləcək.
Fan-zonanın ab-havası yarışların coşqusuna tam uyğundur. Dinamik, müasir musiqi, əyləncəli oyunlar və fəallıqlar, soyuq sərinləşdirici“Coca-Cola” içkiləri və xoş insanların əhatəsi Bakıdakı Olimpiya bayramının ayrılmaz hissəsini təşkil edir.
“Coca-Cola” hər kəsi Avropa Oyunlarına bilet qazanmaq imkanı yaradan “Facebook” və “İnstagram”dakı səhifələrində dəvət edir!
Qeyd etmək lazımdır ki, “Coca-Cola”fan-zonasının açılışında “Bakı 2015” İlk Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru SaymonKleq və digər rəsmi şəxslər iştirak edib.
“Bakı 2015” İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı olaraq “Coca-Cola” şirkəti Azərbaycanda fəal və sağlam həyat tərzinin təbliği üçün Oyunların irsinin qurulması və qorunub saxlanmasını labüd hesab edir. Şirkət “Bakı 2015” təcrübəsini gələcəkdə də insanların bədən tərbiyəsi və idmanla məşğul olmağının təşviqində istifadə edəcək. Qlobal kampaniya çərçivəsində “Coca-Cola” şirkəti “Bakı 2015”-ə həsr olunmuş video-çarxı, həmçinin üzərində Azərbaycan milli yığmasının idmançılarının adları əks edilmiş xüsusi “Coca-Cola” məhsulları təqdim edib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !