Rus qızlar üçün yaxşı başlanğıc -

Rus qızlar üçün yaxşı başlanğıc

Bakı Su İdmanı Mərkəzində sərbəst hərəkətlər üzrə sinxron duetlərdə Dariya Kulaqina və Valeriya Filenkova qızıl medal qazanıblar. Ceyms Bond musiqisinin sədaları altında çıxış edən duet sayəsində Rusiya Avropa Oyunlarının sinxron üzgüçülük üzrə ilk qızıl mükafatını qazanıb.

Moskvanın eyni klubunda üzgüçülüklə məşğul olan 16 yaşlı qızlar sadəcə səkkiz ay öncə birgə məşq etməyə başlayıblar. Buna baxmayaraq, onlar sərbəst program finalında rəqiblərindən fərqli möhrəşəm ifa göstərdilər.

Avstriyalı Anna-Mariya Aleksandri və Eirini-Marina Aleksandri dueti gümüş medal lauretları oldular.

Rusiya 169.0568 xalla yarışı bitirərkən, Avstriya 162.8395 xalla gümüş, Ukrayna isə 161.6500 medalla bürünc medal qazandı.

Valeriya Filenkova çıxış vaxtı çox həyəcanlı olduqlarını bildirib:

Ölkəmizi Oyunlarda təmsil etmək və komandamız üçün ilk medal qazanmaq olduqca böyük məsuliyyətdir. Bizə görə çıxışımız olduqca yaxşı idi, ancaq qalib olmaq üçün nəyin yaxşı, nəyin pis olduğunu ancaq məşqçidən soruşmaq lazımdı.
-Valeriya Filenkova

 

Qızların məşqçisi Yuliya Qrevtseva onların daha yaxşı çıxış edə biləcəklərini hesab edir:

Ancaq bu da pis deyildi. Onlar hələ çox gəncdir. Gələcəkdə necə bir cütlük olacaqlarını demək çox çətindir. Lakin bu, onlar üçün yaxşı bir başlanğıc oldu. Xarakterləri fərqli olsa da, bir-birilərini tamamlayırlar.
-Yuliya Qrevtseva

Yuliya Qrevtseva sinxron üzgüçülük üzrə digər 4 medalı qazanmaq üçün də əllərindən gələni edəcəklərini bildirir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !