İtalyan qızlar Bakıda birləşdilər -

İtalyan qızlar Bakıda birləşdilər

İtalyan voleybolçuları Juliya Momoli və Daniela Qioria uzun illər oyunlarda cüt iştirak ediblər. Lakin London 2012 ərəfəsində onlar ayr-ayrı oynamağa qərar veriblər.

"Biz başqa nəyisə təcrübədən keçirmək istəyirdik", -deyə Momoli söyləyib. "Hər ikimizin uzun müddətli karyeramız vardı və öz yolumuzu ayrılıqda davam etdirmək istədik."

Lakin üç illik fasilədən sonra Momoli-Qioria cütlüyü Bakıda yenidən birləşdi. Onlar ilk Avropa Oyunlarından Rio 2016 üçün tramplin kimi istifadə etməyi planlaşdırırlar.

Bakıdan geri qayıtdıqdan sonra cütlüyün çimərlik voleybolu üzrə ilk birgə böyük turnirdə iştirakı gözləniir. Juliya Momoli geriyə cütlük kimi qayıtdıqlarını bəyan edib:

Biz burada yaxşı oyun sərgiləyərək Rioya vəsiqə qazanmağı qarşımıza hədəf qoymuşuq. Biz cütlük kimi altı il oynamışıq. İndi isə məqsədimiz sinerji və azzurini qürurlu formada geri qaytarmaqdır.
-Juliya Momoli

Lakin geriyə qayıdış o qədər də asan olmadı. Axı cütlük İtaliyanın çimərlik voleybolu proqramının ən yüksək ballarından kənarda idi. Onlar oyuna qayıtmaq üçün müstəqil surətdə vəsait cəlb etməli idilər:

"Cütlük kimi oynamaq qərarı öz qərarımız idi," -deyə Qioria bildirib. "Odur ki, bizə inanan bir neçə sponsor tapdıq və birgə təlimlərə başladıq."

İtalyan xanımlar birgə oynadıqlarını sosial mediada da təbliğ edirlər. Bunun üçün #GioMomiAreBack haştaqından istifadə edirlər. Cütlüyün nə dərəcədə uğurlu Onların nə dərəcədə bacarıqlı olub-olmadığı isə bir neçə gün sonra yarışlarda bəlli olacaq. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !