Güləş tarixində adını yazdıran qadın -

Güləş tarixində adını yazdıran qadın

Bu gün 48 kq çəki dərəcəsində Azərbaycan yığmasını lideri Mariya Stadnik təmsil edib. Təsnifat mərhələsindən azad olan dünya və dördqat Avropa çempionu mübarizəyə 1/8 finaldan başlayıb. Stadnikin ilk görüşdə rəqibi portuqaliyalı Liliana Kosta dos Santos olub. Stadnik rəqib üzərində asanlıqla qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. 12:2 hesab ilə qarşılaşma bitib. Olimpiya mükafatçımız 1/4 finalda fransalı Julya Sabatyedən də üstün olub. Belə ki, Stadnik rəqibinə xal qazanmağa imkan verməyib və hesab 11:0 ilə bitib. Təmsilçimiz finala gedən yolda bu dəfə Polşa təmsiilçisi İvano Matkovska ilə qarşılaşıb. Bu dəfə də rəqibə məğlubiyyət hissi yaşadan Maria Stadnik İvanova Matkovska üzərində 8:2 hesabı ilə qələbə qazanaraq finala vəsiqə qazanıb. 4 qat dünya ççempionu Stadnik finalda da çətinlik çəkmədi. Birinci raundu 10-1 hesabı ilə üstünlüyü alan Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2008-ci ildə "Tərəqqi" medalı alan Stadnik ikinçi raundda rəqibinə xal qazanmağa imkan verməyən Stadnik 12:1 hesabı ilə finalın qalibi olub. Avropa oyunlarının qızıl medalını qazanan Stadnik müəllimi Semyon Çterev çiyinlərində arenada fırlanaraq Azərbaycan bayrağını dalğalandıraraq qələbəni qeyd edib. Beləliklə bu Azərbaycan yığmasının yarışda 7-ci qızıl medalı, ümumilikdə isə 15-ci mükafatı olub.

 

Təranə Xudabaxşıyeva

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !