BOK Prezidenti Avropa Oyunlarında "idman gücü"nü vurğulayır -

BOK Prezidenti Avropa Oyunlarında "idman gücü"nü vurğulayır

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti cənab Tomas Bax idmanın mədəni və siyasi fərqləri aradan qaldırmaq və müxətlif dövlətləri təmsil edən idmançıları Avropa Oyunları kimi çoxsaylı idman növlərini əhatə edən beynəlxalq tədbirdə birləşdirməyə qadir olan gücünü vurlayıb.
Cənab Bax, Bakı 2015 Avropa Oyunlarına səfəri zamanı bildirib: “Biz, rus idmançıların ukraynalı idmançılarla bir arada mübarizə apardığını görürük. Bu Oyunlarda Serbiya və Kosova komandaları iştirak edir, həmçinin biz erməni idmançılarını Oyunlara ev sahibliyi edən Azərbaycan idmançıları ilə yanaşı görürük. Bütün bu idmançılar Açılış Mərasimində birlikdə keçid nümayiş etdirdilər.
“Bu, milliyətindən, vətəndaşlığından və ya dini etiqadından asılı olmayaraq, insanları bir araya gətirən idmanın gücündən xəbər verir. Bu, bəlkə də yalnız idmanın edə biləcəyi işdir.”
BOK Prezidenti cümə günü bir çox ölkə başçıları və BOK üzvləri ilə birlikdə birinci Avropa Oyunlarının Açılış Mərasmində iştirak edib, daha sonra o, triatlon, karate və güləş yarışlarını izləyib, həmçinin Bakı şəhərində yerləşən Atletlər Kəndinə ziyarət edib.
Cənab Bax əlavə edib: “Açılış Mərasimi, həqiqətən möhtəşəm idi, şouda tarix, simvolizm və mədəniyyət öz əksini tapıb. Açılış Mərasimi və Avropa Oyunlarının bütöv təşkili, təşkilatçıların bu cür qısa müddət ərzində gördükləri əzəmətli işin nəticəsidir. Bu, böyük nailiyyətdir.”
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !