Bu günün qəhrəmanı -

Bu günün qəhrəmanı

Bu günün qəhrəmanlarından biri 84 kq çəki  dərəcəsində mübarizə aparan karateçi Ayxan Mamayevdir. O, ilk rəqibi Yaroslav Haruna (Ukrayna) olub və bu döyüşdə də qələbə qazanıb . Qalib gələn Ayxan Mamayevin növbəti rəqibi Fransa təmsilçisi Kenyi Qrillon olub. Fransız idmançısı oyun zamanı Ayxanın üz nayihəsinə vurduğu yumuruq nəticəsində ağır yaralanıb. Buna baxmayaraq oyunu sona kimi döyüşüb və bu yarışdan 6:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.İdmançımız döyüşləri ağır zədəsi olsa da davam etdirmək istədi. Həkimlərin müayinəsindən sonra onlar Ayxan Mamayevin döyüşü istəyi ilə davam etdirə biləcəyini dedilər. Növbəti dəfə tatamiyə çıxan 23 yaşlı idmançı Ayxanın rəqibi Avin Karaki olub. Öncəki döyüşcə Ayxan almacıq sümüyü nayihəsindən yaralandığından bu döyüşdə həm də özünü qorumaq məcburiyyətində olub. Rəqib xal etibari ilə geridə olduğunu görən Avin Karaki son saniyələrdə Ayxanın zədəsinə bilərəkdən yumruq zərbəsi vurub. Avin Karaki buna görə cəzalandırılıb və döyüş sona kimi davam edib. Sona kimi mübarizə aparan idmançı Ayxan Avin Karakini də məğlub edərək finala yüksəlib. Ayxan rəqibinin hər cəhdinə baxmayaraq qalibiyyəti əldən verməyib və idmançımız finala vəsiqə qazanıb. Finalda yunanıstanlı Mixail Geordios Tzanos olub. Final döyüşü gərgin keçib.Hər iki idmançı qələbə uğrunda mübarizə aparıb . Sonda mübarizə 0-0 ilə bitib və hakimlərin qərarı ilə qalib müəyyən olunub. 4 yan hakiminin qərarı ilə Azərbaycanlı idmançı Ayxxan Mamayev qalib olaraq Avropa oyunlarinin qizil medalina layiq gorulub.


Xudabaxşiyeva Təranə



.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !