Prezident İlham Əliyev yunan-Roma güləşçisi Rəsul Çunayevə Bakı-2015 -in qızıl medalını təqdim edib - FOTO

Prezident İlham Əliyev yunan-Roma güləşçisi Rəsul Çunayevə “Bakı-2015”-in qızıl medalını təqdim edib FOTO

Birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazıldı.

Heydər Əliyev adına İdman Sarayında yunan-Roma güləşçilərinin mübarizəsində Azərbaycan pəhləvanı Rəsul Çunayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onun inamlı mübarizəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyiblər.

Azərbaycanın və Macarıstanın 71 kiloqram çəki dərəcəsində güləşçiləri finalda üz-üzə gəliblər.

Yunan-Roma güləşçimiz, dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Çunayev ilk görüşdə moldovalı Daniel Kataraqanı, növbəti mərhələdə isə Xorvatiya idmançısı Dominik Etlinqeri məğlub edib. Yarımfinalda Bolqarıstan təmsilçisi Svilen Kostadinova 10:0 hesabı ilə qalib gələn Rəsul Çunayev finalda macarıstanlı Balint Korpasi ilə qarşılaşıb.

Rəqibini 4:2 hesabı ilə məğlubiyyətə uğradan Rəsul Çunayev birinci Avropa Oyunlarının çempionu oldu. Azarkeşləri sevindirən idmançımız öz parlaq qələbəsi ilə xalqımıza böyük sevinc yaşatdı.

Digər güləşçimiz Rafiq Hüseynov 80 kiloqram çəki dərəcəsində final qarşılaşmasında iştirak etdi. İlk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirdi. Təmiz qələbə ilə Avstriya idmançısına qalib gələn Rafiq Hüseynov ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovu məğlub etdi. Yarımfinalda Türkiyə idmançısı Selçuq Cebiyə qalib gələn həmyerlimiz finalda Rusiya təmsilçisi Yevgeni Saleevlə görüşdü və gərgin mübarizə şəraitində keçən qarşılaşmada Rafiq Hüseynov ikinci oldu.

71 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimində iştirak edən Prezident İlham Əliyev hər üç yerin sahibinə medalları təqdim etdi.

Dövlət başçısı İlham Əliyev birinci Avropa Oyunlarının çempionu Rəsul Çunayevi təbrik etdi.

Qalib idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndi, üçrəngli bayrağımız qaldırıldı.
Daha sonra 80 kiloqram çəki dərəcəsində aralarında Avropa Oyunlarının gümüş mükafatçısı Rafiq Hüseynov da olan qaliblər mükafatlandırıldılar.

İyunun 13-də 59 kiloqram çəki dərəcəsində güləşçimiz Elman Muxtarov üçüncü yer uğrunda mübarizə aparıb və bu qarşılaşmada Ermənistan təmsilçisi Roman Amoyan üzərində 4:1 hesabı ilə qalib gəlib və birinci Avropa Oyunlarının bürünc medalını qazanıb. İlk yarış günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində idmançılar öz güclərini sınayıblar. Azərbaycan millisi isə bütün çəki dərəcələrində təmsil olunub. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !