Prezident İlham Əliyev ilk Avropa Oyunlarının açılış mərasiminin iştirakçısı olan dövlət, hökumət başçıları və yüksək səviyyəli qonaqlar ilə birgə şam edib -

Prezident İlham Əliyev ilk Avropa Oyunlarının açılış mərasiminin iştirakçısı olan dövlət, hökumət başçıları və yüksək səviyyəli qonaqlar ilə birgə şam edib

Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edən dövlət və hökumət başçıları, yüksək səviyyəli qonaqlar ilə birgə şam ediblər.

Şam yeməyində dövlət və hökumət başçıları, yüksək vəzifəli şəxslər Prezident İlham Əliyevi və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı açılış mərasiminin uğurla keçməsi münasibətilə təbrik etdilər.

Möhtəşəm açılış mərasimi müstəqillik dövründə ölkəmizin əldə etdiyi uğurları, möhkəmlənən beynəlxalq imicini, iqtisadi qüdrətini, dinamik sosial-iqtisadi inkişafını, beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəsini, idmançılarımızın ən nüfuzlu beynəlxalq yarışlarda qazandıqları nailiyyətləri, Bakının planetin ən gözəl şəhərlərindən birinə çevrildiyini bir daha təsdiqlədi. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !