Birinci Avropa Oyunlarının çempionu Firdovsi Fərzəliyevə qızıl medalı Prezident İlham Əliyev təqdim edib - FOTO

Birinci Avropa Oyunlarının çempionu Firdovsi Fərzəliyevə qızıl medalı Prezident İlham Əliyev təqdim edib FOTO

 Prezident İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri ilk Avropa Oyunları çərçivəsində “Baku Crystal Hall”da keçirilən karate yarışlarının gedişini izləyiblər.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri əvvəlcə karatenin kumite növü üzrə yarışları izlədilər.
60 kiloqram çəki dərəcəsində də yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçdi. Bu çəki dərəcəsində yarışan Azərbaycan karateçisi Firdovsi Fərzəliyevin finalda rəqibi İtaliya idmançısı Luka Maresku idi. Görüşü tam üstünlüklə keçirən həmyerlimiz mübarizənin başa çatmasına təqribən 2 dəqiqə qalmış 2:0 hesabı ilə irəli çıxdı. Firdovsi Fərzəliyev görüşün qalan 1 dəqiqəsində daha iki dəfə fərqləndi və 4:0 hesabı ilə qələbə qazanaraq çempion adına layiq görüldü. Xatırladaq ki, idmançımız ilk görüşdə ispaniyalı Matias Qomes Qarsiyanı 2:0 hesabı ilə məğlub etmişdi. O, ikinci görüşündə sonradan finalda rəqibi olacaq İtaliya idmançısı Luka Mareskudan 4:2 hesabı ilə üstün olub. Karateçimiz növbəti görüşündə albaniyalı Halil Marqeşə 6:0 hesabı ilə tam üstünlüklə qalib gəlib. Digər qrupda ikinci yer tutan moldovalı Emin Pavlovla görüşün gedişində 2:4 hesabı ilə geridə olan idmançımız sonra daha inamla yarışıb və mübarizəni təmiz qələbə ilə başa çatdıraraq finala vəsiqə qazanıb. Həlledici görüşdə yenidən İtaliya idmançısı Luka Mareskuya qalib gələn Firdovsi Fərzəliyev karate üzrə 60 kiloqram çəki dərəcəsində birinci Avropa Oyunlarının çempionu adını qazandı.

Sonra mükafatlandırılma mərasimi oldu. Birinci Avropa Oyunlarının medallarını Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi.

Azərbaycanın dövlət himni səsləndi. Dövlət bayrağımız qaldırıldı.

Daha bir idmançımız Rəfael Ağayev 75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə yarışlarda final görüşünü İtaliya idmançısı Luici Busa ilə keçirdi. Həmyerlimiz görüşün son saniyələrində fərqlənərək birinci Avropa Oyunlarının çempionu adını qazandı.

Rəfael Ağayev ilk görüşdə ukraynalı İlya Nikulinə 3:0 hesabı ilə qalib gəlib. İdmançımız ikinci görüşdə türkiyəli Erman Eltemura 3:5 hesabı ilə məğlub olub. Qrupun son görüşündə latviyalı Ruslan Sadıqova 3:1 hesabı ilə qalib gələn Rəfael Ağayev yarımfinala yüksəlib. O, yarımfinalda Almaniya idmançısı Noah Bitchini 1:0 hesabı ilə məğlub edib. Final görüşünü də uğurla keçirən karateçimiz qızıl medal qazanıb.

Sonra bu çəki dərəcəsində də mükafatlandırılma mərasimi oldu.
Qaliblərə medalları “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim etdi.
Azərbaycanın dövlət himni səsləndi. Dövlət bayrağımız qaldırıldı.

67 kiloqram çəki dərəcəsində yarışan karateçimiz Niyazi Əliyev isə 3-cü yer uğrunda mübarizədə almaniyalı Rikardo Qiqlerlə qarşılaşdı. Atletimizin üstünlüyü ilə keçən görüşdə Azərbaycan karateçisi 3:1 hesabı ilə qalib gələrək bürünc medalın sahibi oldu. Bu çəki dərəcəsində mükafatlandırılma mərasimi keçirildi.

Karate yarışlarında daha bir medalı qadın idmançımız İlahə Qasımova qazanıb. O, 55 kiloqram çəki dərəcəsində 3-cü yer uğrunda mübarizədə ispaniyalı Kristina Ferrer Qarsianı 5:2 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.
İlahə Qasımova Azərbaycan milli komandasının birinci Avropa Oyunlarında ilk medal qazanan karateçisidir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !