Moskvanın - Rusiya Federasiyasının Birinci "OPT-1" televiziya kanalı göstərib ki, - Bakıda tarixdə ilk Avropiada –Avropa Oyunları başlanır

Moskvanın - Rusiya Federasiyasının Birinci "OPT-1" televiziya kanalı göstərib ki, Bakıda tarixdə ilk Avropiada –Avropa Oyunları başlanır

MOSKVA ŞƏHƏRİ, RUSİYA FEDERASİYASI. Xəbər verdiyimiz kimi, 11 iyun 2015-ci il tarixdə Rusiya Federasiyasının məşhur Birinci "ОРТ - 1" kanalının müxbiri Munisə Usmanovanın Bakıda keçirilən Avropa Oyunlarına həsr edilmiş reportajında danışılır ki, Avropiadanın birinci evi öz qonaqlarını şərqlilərə xas təmtəraqla qarşılayır. Bütün şəhər bayramsayağı bəzədilib.
Yeni idman obyektləri adi arenalar deyil, əsl memarlıq nümunələridir...
Mühüm və populyar televiziya reportajında bildirilir ki, hələ Oyunlar başlamamış rekordlar qeydə alınıb. Təsəvvür edin ki, Avropa Olimpiya miqyaslı bu tədbirə Bakı adətən olduğu kimi 7 il deyil, cəmi 2,5 il ərzində hazırlaşıb. Sözün hərfi mənasında daşlı-qumlu səhrada yaradılmış Atletlər kəndi indi idmançılar üçün yataqxanadan daha çox, elitar yaşayış kompleksini xatırladır. 12 idman obyektindən 5-i, ilk növbədəə Olimpiya stadionu sıfırdan başlayaraq inşa edilib. Ənənəvi açılış və bağlanış mərasimləri burada keçiriləcək, yüngül atletlər burada çıxış edəcəklər. 68 min tamaşaçı tutan, piyaləyə oxşayan bu stadionda 2020-ci ildə futbol üzrə Avropa çempionatının matçları keçiriləcək.
Oyunların həm qonaqlara, həm də şəhər sakinlərinə sevinc bəxş etməsi, obyektlərə gedən və onları birləşdirən yollarda tıxaclar yaranmaması üçün həmin yollar mərkəzi yolların ətrafından keçir. Daha bir yenilik ondan ibarətdir ki, sürücüləri ingilis dilində ünsiyyət saxlamağı bacaran taksilər oyunlara gələnlərə pulsuz xidmət edəcək. İştirakçılar üçün Londondan gətirilmiş 440 təzə keb, jurnalistlər və tamaşaçılar üçün müntəzəm “şatl” avtobus reysləri nəzərdə tutulub. İdmançıların təhlükəsizliyi də ciddi nəzarət altında olacaq.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyir:

“Arzuedilməz şəxsləri tanımaq üçün bu gün dünyada mövcud olan ən
müasir texnologiyalardan istifadə edilib. Hər yerdə təhlükəsizlik kameraları quraşdırılıb. İdman komplekslərində xüsusi qurğular qoyulub. Bildiyiniz kimi, biletlərin içərisində quraşdırılmış xüsusi çiplər azarkeşlərin stadion daxilində yerdəyişməsini izləməyə imkan verir”.

İçərişəhərdə isə hamı Oyunların açılış mərasiminin başlanmasına qalan vaxtı izləyir: Oyunların rəmzi altında geriyə işləyən saat
quraşdırılıb. Əcnəbi azarkeşlər artıq indidən məşhur Bakı bulvarında gəzintiyə çıxıblar. Sən demə, burada stadiondan kənarda da maraqlı məsələlər az deyilmiş. Olimpiya Stadionuna baxmağa gələnlər arasında Olimpiya Oyunlarının qalibi, beşqat dünya çempionu Hacımurad Qatsalov da var. Sabah bu stadionda Rusiya bayrağını Qatsalov aparacaq. O, qürur hissi keçirməsini etiraf edir: elə bil onun arxasınca təkcə Rusiya komandası yox, bütün ölkə gələcək.
Balkonlarda müxtəlif ölkələrin bayraqlarının asılması rəmzi məna daşıyır: yəni, demək olar ki, hamı toplaşıb. İdmançıların bir qismi döyüşdən əvvəl dincəlir, digərləri hətta evdə də məşq edir. Kimin daha haqlı olması tezliklə məlum olacaq. Birinci Avropa Oyunlarının başlanmasına bir sutkadan az vaxt qalıb.
Kontinental oyunlarda qələbə idmançıların çoxu üçün Olimpiadaya vəsiqə və ya əlavə seçim balı deməkdir. Buna görə də hətta Londonda keçirilmiş Olimpiya Oyunlarının çempionu Aliyə Mustafina da ciddi mübarizəyə hazırlaşır.
Olimpiya Oyunlarının çempionu Aliyə Mustafina daha sonra danışır ki, yarışlarda işimiz heç vaxt asan olmur. Bu dəfə də çətin olacaq, çünki çıxış etməyə hazırlaşmaq lazımdır. Gərginlik Olimpiada ilə müqayisədə heç də az olmayacaq.
Avropanın 50 ölkəsini təmsil edən 6 mindən çox idmançı, 20 idman növü, o cümlədən Olimpiya proqramına daxil olmayan sambo, karate, stritbol və çimərlik futbolu yarışları nəzərdə tutulur. İki həftə davam edəcək idman bayramı dünyanın az qala bütün telekanalları ilə translyasiya ediləcək. Idman məmurları deyirlər ki, avropalıların öz olimpiadası haqqında arzuları, axır ki, çin oldu.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də verilişdə danışır.
-“Olimpiya Oyunlarının rəmzi olan beş halqadan yalnız bizə, Avropaya aid halqaya müvafiq yarışlar yoxdur. Afrika, Asiya, Panamerika oyunları, Okeaniya Birliyi Oyunları keçirilir, Avropada isə indiyə qədər qitə oyunları yox idi. Bu, həm gülməli, həm də qəribədir. Bunu çoxdan etmək lazım idi. Sevinirik ki, nəhayət, bizim Olimpiya halqamız da öz yerini tutacaq” - deyə bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də verilişdə qeyd edib.

 

 

Təqdim edəni:
Əlihüseyn ŞÜKÜROV.
Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü.
"Qızıl Qələm" və "Ustad Sənətkar" media mükafatı laureatı.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !