I Avropa Oyunlarına həsr olunmuş voleybol turniri keçirilmişdir - FOTO

I Avropa Oyunlarına həsr olunmuş voleybol turniri keçirilmişdir FOTO

12 iyun 2015-ci il tarixində ak. Z. Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin idman zalında Bərdə rayon Gənclər və İdman İdarəsinin və "ASAN" xidmət mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzin könüllülərindən ibarət komandalar arasında I Avropa Oyunlarına həsr olunmuş voleybol turniri keçirilmişdir.

Turniri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov açaraq I Avropa Oyunlarının başlanması münasibətilə könüllüləri təbrik etdi. Sonra o, I Avropa Oyunlarının məqsəd və məramı barədə geniş və ətraflı məlumat verərək qeyd etdi ki, bu oyunların ilk dəfə olaraq məhz ölkəmizdə keçirilməsi onu bir daha sübut edir ki, Azərbaycan artıq beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkilində özünü təsbit etmişdir. Bu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının idmana göstərdiyi diqqət və qayğının təzahürüdür. Bərdə rayon "ASAN" xidmət mərkəzinin vətəndaşların qəbulu işinin təşkili sektorunun aparıcı-məsləhətçisi, könüllülər üzrə məsul şəxs Saray Mayılzadə çıxış edərək komandalara yarışda uğurlar arzuladı. Könüllülərdən ibarət "Yenilməzlər", "Aslanlar" və "Gənclik" komandaları arasında gərgin mübarizə şəraitində keçən yarışda daha güclü oyun nümayiş etdirən "Yenilməzlər" komandası hər iki görüşdə qalib gələrək I yeri tutmuşdur. Qalib komanda (kapitan Azər Məmmədov) və üzvləri təşkilatçılar tərəfindən kubok və diplomlarla mükafatlandırılmışlar.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !