Bakı 2015-in Açılış Mərasimi Avropa Oyunlarına doğru unudulmaz başlanğıcdır -

Bakı 2015-in Açılış Mərasimi Avropa Oyunlarına doğru unudulmaz başlanğıcdır

Böyük səbirsizliklə gözlənən və bu axşam baş tutacaq Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi bütün dünyaya Avropa Oyunlarına rəsmi başlanğıc kimi təqdim olunacaq.
Oyunların açılış mərasiminin dünyanın aparıcı bədii, istehsal və texniki komandaları tərəfindən hazırlanıb ərsəyə gətirilməsi, həmin tədbirə biletlərin bu axşam tam satılıb qurtarması onun Azərbaycan və Avropanın idman ictimaiyyəti üçün tarixi bir tədbir olacağından xəbər verir.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Bakı 2015 İlk Avropa Oyunlarının Baş İcraçı direktoru Cənab Azad Rəhimov bildirmişdir: "Oyunlarn açılış mərasiminə bir neçə saat qalmış tam əminliklə deyə bilərəm ki ,bu möhəşəm idman tədnirinin açılış mərasiminə biletlər tam satılıb qurtarıb. Bu Mərasim Olimpiya Stadionunda 68 000 tamaşaçı, habelə beynəlxalq auditoriya üçün unudulmaz bir təcrübə olacaq.
"İdman aləminin bütün nəzərləri bu axşam, habelə növbəti 17 gün ərzində yüksək rəqabətlilik şəraitində keçəcək yarışlar zamanı Azərbaycana yönələcək".
Bakı 2015-in Açılış Mərasimi ölkənin tükənməz mədəni zənginliyini və qüdrətini təcəssüm etdirən qeyri-adi, ruhlandırıcı və yaddaqalan bir tədbir olacaq. Əksər hissəsi Azərbaycandan olan 2000-dən çox könüllü həmin Mərasimdə müxtəlif səhnələrdə iştirak edəcək. Onlarla yanaşı digər 17 ölkədən də nümayəndələr bu mərasimə qatılacaq. Həmin ifaçılar məşq zamanı 600-dən çox tapşırıq yerinə yetiriblər.
Səhnə arxası proseslərə isə, 25 ölkədən 300-dən çox prodüser və 34 ölkədən 1000 işçi cəlb olunub.
Azərbaycanın idman tarixində ən əlamətdar hadisələrdən olan böyük gecəyə mükafatlı bilet əldə edə bilməyən şəxslərə gəlincə, Bakı 2015-in rəsmi veb-səhifəsində bütün səhnələrin videoları eksklüziv anlar da daxil olmaqla həmin mərasimin hər bir anı işıqlandırılacaq. Açılış Mərasimi Baku2015.com saytından bütün dünyaya yayımlanacaq və veb-səhifədə, habelə bütün sosial media platformalarında Bakı vaxtı ilə günorta saat 12-dən başlayaraq həmin böyük günün canlı işıqlandırılması həyata keçiriləcək.
Açılış Mərasiminə doğru artan xətt boyunca gedən tədbirlər sırasına bütün Azərbaycan paytaxtında həyəcan dolu möhtəşəm binadan yayılan canlı bloq, tvitlət və mesajlar daxildir. Ekskluziv kulis xarakterli kliplər Mərasim zamanı təqdim olunacaq və şounun 10 dəqiqəlik işıqlandırma paketi tədbir başa çatdıqdan sonra görüntülənəcək.
Baku2015.com başlanğıc veb-səhifəsi Açılış Mərasiminin rəngləri ilə tutulub və üçüncü ilkin baxış reklam çarxı çərşənbə günü görüntülənmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !