Təmiz dünya təmiz həyatdır! layihəsi çərçivəsində növbəti tədbir Mingəçevir şəhər Gənclər və İdman İdarəsində keçirilib - FOTO

“Təmiz dünya təmiz həyatdır!” layihəsi çərçivəsində növbəti tədbir Mingəçevir şəhər Gənclər və İdman İdarəsində keçirilib FOTO

Bəşirova Turanə Ramiz qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun dəstəyilə “Təmiz dünya təmiz həyatdır!” layihəsi çərçivəsində növbəti tədbir Mingəçevir şəhər Gənclər və İdman İdarəsində keçirilib.
Layihənin məqsədi gəncləri və bu sahədə biliksiz olan insanları maarifləndirməkdir.
Layihə müddətində öncədən məlumatlandırılan könüllü gənclərin vasitəsilə məlumatlandırma tədbiri təşkil olunub.
Tədbirdə layihə könüllüsü Azər Abdullayev, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, layihə eksperti Nailə İsmayılova, Gənclər və idman İdarəsnin rəis müzvini Sahil Hüseynov və şəhər gəncləri iştirak ediblər. Onlara ekologiya, ətraf mühitin mühafizəsi və təbii sərvətlərin səmərəli istifadəsi haqqında məlumatlar verilib. Qeyd edilib ki, müasir dövrümüzdə təbiətin mühafizəsi qlobal və ümumi bəşər problem olmaqla bütün dünya xalqlarını düşündürür. Yaşından asılı olmayaraq ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur.
Tədbir iştirakçılarına ekoloji tərbiyə və ekoloji tərbiyənin insanlara təbiətdən istifadə etmək işində məsuliyyət hissi aşılamasından bəhs edilib. Həyat üçün ekologiyanın qorunmasının vacibliyi xüsusi olaraq vurğulanıb.
Sonda tədbir iştirakçılarına bukletlər paylanılıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !