SAM-ın ekspertinin araşdırması Oksford Universitetinin Enerji Araşdırmaları İnstitutunda nəşr olunub -

SAM-ın ekspertinin araşdırması Oksford Universitetinin Enerji Araşdırmaları İnstitutunda nəşr olunub

Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi və Oksford Universitetinin Enerji Araşdırmaları İnstitutunun (OEAİ) elmi işçisi Gülmira Rzayevanın Azərbaycanın 2020-ci və 2030-cu illərdə Avropaya qaz ixracatı potensialına dair geniş araşdırması nəşr olunmuşdur. Araşdırma OEAİ İstitutunun internet səhifəsində (http://www.oxfordenergy.org/author/gulmira-rzayeva/) yerləşdirilmişdir.
Azərbaycanın zəngin karbohidrogen ehtiyatları, neft-qaz resurslarından istifadənin çoxəsirlik tarixi, neft-qaz sənayesinin inkişafı tədqiqatda ətraflı təsvir və təhlil edilmişdir. Müəllif xüsusi olaraq qeyd edir ki, Azərbaycanda neft sənaye üsulu ilə ABŞ-ın Pensilvaniya ştatından 13 il əvvəl, 1847-ci ildə hasil olunmağa başlanılmışdır.
G.Rzayeva öz araşdırmasında “Şahdəniz” yatağının birinci (Türkiyəyə ixrac) və ikinci (Türkiyə və Avropaya ixrac) fazasının işlənməsi zamanı yaranan çətinliklər, habelə qazın nəqli üçün nəzərdə tutulan boru kəmərinin inşası və marketinq tədbirləri haqqında məlumat vermiş, prosesin gedişatı və müasir vəziyyətini ətraflı təhlil etmişdir.
Tədqiqatda müəllif eyni zamanda gələcək vəzifələrə də toxunmuş, Xəzər dənizinin Azərbaycan sektorundakı digər yataqların və perspektiv strukturların təxmini potensialı, onların mərhələli şəkildə qiymətləndirilməsi və işlənilməsinə dair təhlillər aparmışdır. Araşdırmanın nəticəsi onu göstərir ki, Azərbaycanda 2020-ci illərdə mövcud ixrac həcmindən əlavə 15 milyard kubmetr, 2030-cu illərdə isə 20 milyard kubmetr ixrac oluna biləcək qaz potensialı vardır. Bundan başqa, araşdırmada qeyd olunan bu əlavə qazın ixracatı üçün potensial bazarlar olan Türkiyə və Avropa bazarları da ətraflı təhlil edilmişdir.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !