Bakı 2015 Mingəçevirdə bilet satışı məntəqəsi açır -

Bakı 2015 Mingəçevirdə bilet satışı məntəqəsi açır

Bakı 2015 Mingəçevirdə bu gün - Avropa Oyunları məşəlinin şəhərə çatmasıyla eyni gündə - bilet satışı məntəqəsini açdı. Mingəçevir, bu yay keçiriləcək Oyunlar zamanı avarçəkmə idman növü üzrə yarışlara ev sahibliyi edəcək.

Mingəçevir sakinləri, Bakı 2015-in 14-16 iyun tarixlərində baş tutacaq avarçəkmə yarışları üçün biletləri Mingəçevir Dram Teatrının kassasından ala biləcəklər.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq dedi: “Yeni açılmış kassa, Mingəçevir sakinlərinə gələn ay keçiriləcək dünya səviyyəli avarçəkmə yarışlarına bilet almağa imkan verəcək.

Şəhərdə xüsusi bilet satışı məntəqəsinin olması, Birinci Avropa Oyunlarını Azərbaycan xalqı üçün mümkün qədər çox əlçatan etmək vədimizdən irəli gəlir; beləliklə, onlar ölkədə gerçəkləşən möhtəşəm və tarixi idman bayramından zövq ala biləcəklər”.

Avarçəkmə yarışları üzrə ilkin mərhələ oyunlarında oturacaqlı yerlər üçün biletlərin qiyməti 1 AZN-dən 3 AZN-ə qədər, final oyunları üçün isə 1 - 5 manat arasında müəyyən olunub. Yaşı 16-dan aşağı olan yeniyetmələr və uşaqlar isə bütün idman yarışlarına biletsiz buraxılacaqlar.

Mingəçevir Dram Teatrının kassası M.Füzuli küçəsi 29 ünvanında yerləşir və həftənin yeddi günü səhər saat 10:00-dan axşam saat 18:00-dək açıq olacaq.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !