HƏRƏKƏTLİ ŞƏKİLLƏR: SƏNƏTKAR FİLMLƏRİ -

HƏRƏKƏTLİ ŞƏKİLLƏR: SƏNƏTKAR FİLMLƏRİ

HƏRƏKƏTLİ ŞƏKİLLƏR: SƏNƏTKAR FİLMLƏRİ
FİLM LONDON – CARMEN MÜKAFATI (JARMAN AWARD)
YARAT Müasir İncəsənət Məkanı Film Klubu sizi məmnuniyyətlə Britaniyanın nüfuzlu Carmen mükafatına namizədliyi irəli sürülmüş filmlərin baxışına dəvət edir. Nümayişin sonunda rejissor Benedikt Dryu ilə yaradıcılıq barədə təəssüratları ilə açıq müzakirədə bölüşmək imkanı olacaq. Filmlərin nümayişi Britaniya Şurasının (British Council Azerbaijan) dəstəyi ilə təşkil edilmişdir.
>Tarix:20 may, 2015 19:00
>Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Multifunksional zal)
>Ünvan: Səbail rayonu, Bayıl qəsəbəsi (Dövlət Bayrağı meydanının yaxınlığı), Bakı, Azərbaycan
>Giriş sərbəstdir.

Filmlər ingilis dilində, Azərbaycan dilinə sinxron tərcümə ilə nümayiş etdiriləcəkdir.
DİQQƏT (!) Bəzi filmlərin kadrlarında yüksək intensivliklə titrəyən işıq müşahidə olunur və qeyri-normativ ifadələr mövcuddur.