YUĞ-da gənc aktyorun tamaşası təqdim olundu - FOTO

YUĞ-da gənc aktyorun tamaşası təqdim olundu FOTO

Mayın 15-də "YUĞ" teatrında "Sonluğun sonu" tamaşası təqdim olunub. Birpərdəli monotamaşanı gənc aktyor Kamal Yaşar ifa edib.

Əsər bir kişinin dramı üzərində qurulub. Həyat yoldaşını itirdikdən sonra övladları tərəfindən tərk edilən yaşlı kişi təklikdən az qala dəlilik həddinə çatır. O dörd divar arasında təkcə xatirələr, keçmiş xoş günlərinin xəyalı ilə yaşayır.

Tamaşa mərhum dramaturq Rövşən Ağayevin eyni adlı pyesi əsasında səhnələşdirilib. Tamaşanın rejissoru Kamal Yaşar və Vidadi Həsənovdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !