Şəmkirdə Ailə günü bayramı - FOTO

Şəmkirdə “Ailə günü” bayramı FOTO

15 may - Beynəlxalq Ailə Günü münasibətilə Şəmkirdəki Heydər Əliyev Mərkəzinin qarşısındakı istirahət parkında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə “Ailə günü” bayramı keçirib.

AZƏRTAC xəbər verir ki, respublikanın müxtəlif rayonlarından dəvət olunmuş nümunəvi ailələrin də iştirak etdikləri bayram tədbirində əvvəlcə iştirakçılar burada əl işlərindən ibarət sərgiyə baxıblar.

Sonra bayram tədbirində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək diqqətə çatdırıblar ki, ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində dövlət-ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Diqqətə çatdırılıb ki, artıq 7-ci ildir ölkəmizdə “Ailə bayramı” təntənə ilə qeyd edilir. Ənənə şəklini almış bu bayram şənliklərində 4 nominasiya üzrə - bacarıqlı əllər, milli mətbəx, yaradıcı əllər və nümunəvi ailə yarışları keçirilir.

Bayram şənliyinin sonunda ən fəal ailələrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları və qiymətli hədiyyələri təqdim olunub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !