Binəqədi rayonunda 15 may - Beynəlxalq Ailə Gününə həsr edilən tədbir keçirildi - FOTO

Binəqədi rayonunda 15 may - Beynəlxalq Ailə Gününə həsr edilən tədbir keçirildi FOTO

Mayın 14-də Binəqədi Rayon İcra Hakimiyyəti və M.Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə M.Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbində 15 may - Beynəlxalq Ailə Gününə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, M.Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbin rəhbərliyi və valideyn kollektivi iştirak etdilər.
İlk öncə tədbiri M.Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin direktoru Gülşən Quliyeva açaraq musiqi məktəbinin fəaliyyəti barədə qısa məlumat verdi və sözügedən tədbirin şagirdlərin öz böyük ailələrinə hədiyyəsi olduğunu bildirdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova bildirdi ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Önəmlidir ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. N.Allahyarova qeyd etdi ki, biz öz ailələrimizi qorumalı və övladlarımızı vətənimizə, xalqımıza layiqli şəkildə tərbiyə etməli, böyütməliyik.
Daha sonra M.Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin tələbələri müəllimləri və valideynləri önündə hesabat konserti ilə çıxış etdilər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !