Mingəçevirdə yeni uşaq bağçası istifadəyə verilib -

Mingəçevirdə yeni uşaq bağçası istifadəyə verilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün qeyd olunduğu günlərdə Mingəçevir şəhərində “Disneylənd” adlı özəl uşaq bağçası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, binanın açılış mərasimində şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Uşaq bağçasının təsisçisi, Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov bildirib ki, bina bir il ərzində inşa olunub.

O deyib: “Ötən il mayın 10-da uşaq bağçasının təməlqoyma mərasimi keçirilib. Biz təməlqoyma mərasimində demişdik ki, Ulu Öndərin anadan olmasının növbəti ildönümünədək bu uşaq bağçası hazır olacaq. Ulu öndər Heydər Əliyev körpələrə, uşaqlara, onların sağlam böyüməsinə və yaxşı təhsil almasına həmişə böyük diqqət və qayğı ilə yanaşırdı. Eyni zamanda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə müasir uşaq bağçalarının, məktəbəqədər təhsil müəssisələrinin sayı ilbəil artırılır. Biz də bu təşəbbüsə qoşularaq, şəhərimizdə özəl məktəbəqədər təhsil müəssisəsinin yaradılmasına nail olduq”.

Zəruri avadanlıqlarla təchiz edilən uşaq bağçasında balacaların inkişafı üçün hər cür şərait yaradılıb. Burada ölkəmizdə mövcud olan ən qabaqcıl metodologiya tətbiq ediləcək. Eyni zamanda uşaq bağçasının öz ənənələri də olacaq. Belə ki, elmi vərdişlərin artırılması ilə bərabər uşaqların sağlamlığına ziyan vurmayan qidalardan və oyuncaqlardan istifadə olunacaq. Bağçanın ətrafı abadlaşdırılıb, həyətdə əyləncə qurğuları quraşdırılıb, yaşıllıqlar salınıb.

Sonra qonaqlar yataq, məşğələ və şahmat otaqlarında, idman və musiqi zallarında yaradılan nümunəvi şəraitlə tanış olublar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !