İlk Avropa oyunlarının məşəli Yevlaxda böyük coşqu ilə qarşılanıb - FOTO

İlk Avropa oyunlarının məşəli Yevlaxda böyük coşqu ilə qarşılanıb FOTO

Ölkəmizi diyar-diyar dolaşan “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Tərtər rayonundan sonra, Yevlax şəhərinə gətirilib. Məşəli Kür çayının sahilində yerləşən Bulvar kompleksində qəbul edən, sambo üzrə üç qat ölkə çempionu Aslan Mirzəyev Yevlaxlıların alqış sədaları altında məlum marşurut üzrə hərəkətə start verib. Yevlax şəhərindən olan 10 məşəlçi, məşəl estafedini bir-birinə ötürərək 2750 metr yolu qət ediblər.

Sonuncu məşəlçi, YAP Yevlax rayon təşkilatı gənclər birliyinin sədri, Ariz Mikayılov məşəli şəhərin mərkəzi meydanına gətirərək ilk Avropa Oyunlarının rəmzi məşəlini alovlandırıb.

Daha sonra, Birinci Avropa Oyunlarının məşəlindən od alan çıraq isə mərasim iştirakçılarının alqışları altında rayon ictimaiyyətinə təqdim edildi.
Bundan başqa, birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi. Respublikanın və rayonun incəsənət ustalarının təqdim etdiyi konsert proqramı yevlaxlıların məşəl sevincini daha da artırdı.

Qeyd edək ki, İlk Avropa Oyunlarının məşəli günün ikinci yarısı Yevlaxdan Bərdəyə yola salınıb.


Elgün Gəncimsoy - Yevlax
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !