Gənc qadınlar klubu adlı layihə çərçivəsində təlimlər keçirilib - FOTO

“Gənc qadınlar klubu” adlı layihə çərçivəsində təlimlər keçirilib FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə 27-30 aprel 2015-ci il tarixlərində Gəncə və Mingəçevir şəhərlərində “Gənc qadınlar klubu” adlı layihə çərçivəsində təlimlər keçirilib. Regionlarda yaşayan gənc qızlar arasında məşğulluğun təmin olunması, onların intellektual inkişafının formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə təşkil edilən layihədə hər şəhərdən 60-a yaxın gənc qızlar iştirak ediblər.
Təlimçi-ekspert Nailə İsmayılova bildirdiyinə görə, Gəncə və Mingəçevir şəhərində yaşayan gənc qızlarla layihə çərçivəsində keçirilən təlimlər zamanı onların məişətdə, ictimai həyatda rastlaşdıqları problemlərlə yaxından maraqlanmağa çalışmışlar. Bildiyimiz kimi, ölkəmizdə dövlət gənclər siyasəti ilə bağlı həyata keçirilən dövlət proqramlarına əsasən gənclərin məşğulluğunun və asudə vaxtlarının təşkilinin təmin olunması, onların maarifləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir. Sözügedən layihədə də məhz bu istiqamət əsas tutularaq gənc qızların zamanın tələblərinə uyğun olaraq özlərini intellekt cəhətdən inkişaf etdirmələri tövsiyyə olunmuşdur. Təlimlərin sonunda fəal iştirakçı qızlara diplom və hədiyyələr təqdim olunmuşdur.
Təlimlərin növbəti mərhələsində hər iki şəhərdən gənc qızların bir qrupu “El” Televiziya kanalında təşkil olunmuş teledebatda iştirak etmişlər.


***


“Gəncliyin Sosial İqdisadi İnkişafına Yardım” İctimai Birliyi “Gənc Qadınlar Klubu” layihəsinin icrasını başa çatdırıb. Birlikdən verilən məlumata görə Gəncə və Mingəçevir şəhərlərində həyata keçirilən layihə ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən dövlət proqramlarına əsaslanır. Layihə çərçivəsində Gəncə və Mingəçevirdə yaşayan gənc qızların məşğulluğunun və asudə vaxtlarının təşkilinin təmin olunması məqsədilə keçirilən təlimlərdə onların bu sahədə maarifləndirilməsi işi əsas prioritet olaraq önə çəkilib. Layihədə iştirak edən gənc xanımların çoxsaylı sualları təlimci- ekspert, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova tərəfindən cavablandırılıb və onlara bir sıra maraqlı tövsiyyələr verilib. Hər iki şəhərdə aparılan təlimlərin nəticəsi olaraq sonda region televiziyalarının birində təlimlərdə iştirak edən bir qrup gənc qızlar arasında debat təşkil olunub və veriliş hazırlanaraq region üzrə yayımlanıb. Qızların təlimlərdə yüksək əhval- ruhiyyədə iştirak etmələri layihənin davamlılığını təmin etməyə stimul verib. Sonda qızlara serifikatlar və simvolik olaraq hədiyyələr təqdim olunub. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !