Binəqədi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə gül bayramı keçirildi - FOTO

Binəqədi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə gül bayramı keçirildi FOTO

Mayın 1-də Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayongül bayramı keçirildi.
Rayonun 6-cı mikrorayon, Ü.Hacıbəyov küçəsində keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Rafael Cəbrayılov, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Bayram tədbirində Bakı 2015 Birinci Avropa Oyunları ilə əlaqədar təbii güllər və çiçəklərdən hazırlanmışmüxtəlif növ idman növlərini simvolizə etdirən kompozisiyalar nümayiş etdirildi.Müxtəlif növ çiçək və bitkilərdən hazırlanan və ifadəliliyi ilə seçilən rəngarəng kompozisiyaların görünüşü sakinlərdə xoş ovqat yaratdı.Ümummilli Lider Heydər Əliyevin portretini əks etdirən kompozisiya xüsusi maraqla qarşılandı.
Heydər məscidindən başlayaraq 246 saylı məktəb istiqamətində Üzeyir Hacıbəyov küçəsi boyunca yolun hər iki tərəfində rayonunorta məktəblərinin şagirdləri, eləcə də uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış sərgilər, rəqslər, bədii qiraət və uşaqların ifasında müxtəlif idman növlərinin nümayişi bayram şənliyinə xüsusi ovqat qatdı.
Rayon rəhbərliyi və qonaqlar kompozisiyalara baxış keçirdikdən sonraUlu öndərin anadan olmasının 92 illiyinə həsr olunan konsert proqramına tamaşa etdilər. İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş “Qızıl Aypara” Cəmiyyətinin rayon şöbəsinin sədriAfət Quliyevaya “Tərəqqi” medalını təqdim edərək onu təbrik etdi. Daha sonra konsert proqramı nümayiş etdirildi. Konsertdə respublikanın tanınmış incəsənət ustalarının və rayonun istedadlı gənclərininifasında Azərbaycana və Ulu öndərə həsr olunan, könül oxşayan mahnılar və şeirlər səsləndirildi.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !