Həvəskarlar arasında velosiped yürüşü təşkil ediləcək -

Həvəskarlar arasında velosiped yürüşü təşkil ediləcək

“İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək 3 may tarixində "İrəli" İctimai Birliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə həvəskarlar arasında velosiped yürüşü təşkil edəcək.
Veloyürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması, gənclərin asudə vaxtının səmərəli təşkil olunması və günün əhəmiyyətinin onlara aşılanmasıdır.
3 may tarixində "İrəli" İctimai Birliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə həvəskarlar arasında velosiped yürüşü təşkil olunacaq.
Saat 10:00-da başlanacaq tədbir "Dövlət Bayrağı Meydanı"ndan start götürməklə "Heydər Əliyev Mərkəzi"nin qarşısında başa çatacaq.
Yürüşdə iştirak etmək istəyən həvəskarların velosiped və baş geyiminin olması mütləqdir. Arzu edənlərin 3 may saat 09:30-da Dövlət Bayrağı Meydanına gəlmələri xahiş olunur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !