Ağdamda ikinci dünya müharibəsinin bitməsinin 70 illiyinə həsr edilmiş tədbir keçirilib - FOTO

Ağdamda ikinci dünya müharibəsinin bitməsinin 70 illiyinə həsr edilmiş tədbir keçirilib FOTO

Ağdamda ikinci dünya müharibəsində sovetlər ölkəsinin qələbəsinin 70 illiyinə həs edilmiş tədbir, Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Dram Teatrının binasında keçirilib.

Tədbirdə ikinci dünya müharibəsi iştirakçıları, rayon ictimayyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, ön xətdən xidmət edən əsgər və zabitlər iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov ikinci dünya müharibəsi zamanı Azərbaycanlıların ön və arxa cəbhələrdə göstərdiyi sücayətlərdən, böyük qələbənin qazanılmasında xalqımızın rolundan geniş söhbət açaraq, müharibə veteranlarına ölkə rəhbərliyinin göstərdiyi xüsusi diqqət və qayğını tədbir iştirakçıarının diqqətinə çatdırıb.

Daha sonra, veteranlar çıxış edərək müharibə ilə bağlı təəssüratlarından, həmvətənlərimizin faşizmə qarşı döyüşlərdə göstərdikləri misilsiz qəhramanlıqlardan danışıb. Dövlət tərəfindən onlara göstərilən xüsusi diqqət və qayğıdan çox məmnun olduqlarını vurğulayıblar.

Tədbir Ağdam Dövlət Dram Teatrının hazırladığı ədəbi-bədii kompozisiya davam edib.

Qeyd edək ki, ikinci dünya müharibəsində 7361 nəfər Ağdamlı alman faşizminə qarşı döyüşlərdə iştirak edib, onların 3686 nəfəri həlak olub. Hazırda rayon ərazisində 11 müharibə iştirakçısı yaşayır.

Elgün Gəncimsoy
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !