Binəqədi rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirildi - FOTO

Binəqədi rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirildi FOTO

Aprelin 27-də Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Madər Musayev, Rafael Cəbrayılov, Məlahət İbrahimqızı, Gülçöhrə Məmmədova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Belçika parlamentinin senatoru Gülər Turan, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Qadınlar Şurasının İdarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə və icra strukturları, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Tədbiri açıq elan edən aparıcı Zərifə xanımın mənalı və şərəfli həyat yolu barədə məlumat verdi.
Millət vəkili Məlahət İbrahimqızı çıxışında Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə etdi. O həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı.
Millət vəkili Gülçöhrə Məmmədova çıxışında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı istər elmi fəaliyyətində qazandığı uğurlar, istər şəxsiyyət kimi öz fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirdi.
Ölkəmizdə qonaq olan Gülər Turan ilk öncə Belçika parlamentində maraqlarını təmsil etdiyi Anadolu türklərinin salamlarını çatdıraraq tədbirdə iştirakından məmnunluğunu bildirdi. Gənc nəslə örnək təşkil edən belə gözəl insan, alim, ana – Zərifə xanım Əliyeva haqqında məlumatlılığının az olduğundan təəssüfünü dilə gətirən natiq həm onun, həm də tədbirdə iştirak edən gənclərin “Azərbaycan xalqının anası” olan bu nəcib xanımı tanımalarına şərait yaratdıqları üçün təşkilatçılara təşəkkür etdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova XX əsr Azərbaycan elminin böyük simalarından olan Z.Əliyevanın həm də öz vəzifəsini şərəflə yerinə yetirən ana olduğunu bildirərək, ölkəmizə müstəqil Azərbaycanın tərəqqi zirvələrini fəth etməsində qazandığı uğurların təminatçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev kimi lider bəxş etdiyini vurğuladı.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında Zərifə xanımı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd etdi.
Daha sonra tədbir 276 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdi.
Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən foto sərgi ilə tanış oldular.

 

FOTO: İlkin Həmidov
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !