Binəqədi rayonunda Çanaqqala zəfəri nin 100 illiyinə həsr olunmuş tədbir keçirildi - FOTO

Binəqədi rayonunda “Çanaqqala zəfəri”nin 100 illiyinə həsr olunmuş tədbir keçirildi FOTO

 24 aprel 2015-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi qəsəbə Mərkəzi Mədəniyyət Evində “Çanaqqala zəfəri”nin 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Seyid Əhməd Arslan, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, rayonun ictimai-siyasi və mədəni həyatında aktiv iştirak edən gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Seyid Əhməd Arslan Türkiyə və Azərbaycan xalqlarını bir-birinə bağlayan qədim tarixi köklərdən, dil, din, mədəniyyət birliyimiz qarşılıqlı əlaqələrimizin, qardaşlığımızın, dostluğumuzun inkişafı üçün əlverişli zəmin yaratdığından söz açdı.
Daha sonra çıxış edən Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev və İctimai Şuranın sədri Aslan Mehdiyev də Çanaqqala döyüşünün Türkiyə tarixində əhəmiyyətindən danışdılar.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirdi ki, qardaşTürkiyə dövləti qədim dövlətçilik ənənələrinə malik olmaqla bərabər, türk xalqı azadlığı, ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə ağır sınaqlardan keçərək bugünkü dövlətçiliyinini qoruyub saxlayıb, inkişaf etdirib. Qeyd edildi ki, cənab Prezident İlham Əliyev daim öz çıxışlarında Çanaqqala döyüşlərinin əhəmiyyətinə xüsusi qiymət verib, Çanaqqala döyüşünü türk xalqının qəhrəmanlıq tarixinin parlaq səhifəsi, türk hərb sənətinin böyük nailiyyəti kimi dəyərləndirib.
Tədbir İrəvan Dövlət Dram Teatrının ifasında Türk yazıçısı Demet Çizmelinin əsəri əsasında hazırlanmış “Cümhuriyyətin ilk sədası” adlı tamaşa ilə davam etdirildi.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !