Prezident İlham Əliyev Odlar diyarının qədim məbədi Atəşgahda ilk Avropa Oyunlarının məşəlini alovlandırdı - FOTO

Prezident İlham Əliyev Odlar diyarının qədim məbədi Atəşgahda ilk Avropa Oyunlarının məşəlini alovlandırdı FOTO

Dünən Azərbaycanın tarixində daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Odlar diyarının qədim məbədi Atəşgahda ilk Avropa Oyunlarının məşəlini alovlandırdı.
Hamımız üçün, eləcə də mənim üçün qürurverici bir an idi. Bu gündən məşəl bütün Vətənimizi dolaşacaq və iyunun 12-də Olimpiya Stadionuna gətiriləcək.
Gün o gün olsun ki, Yay Olimpiya Oyunlarının məşəli Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Füzulini, Cəbrayılı, Qubadlını, Ağdamı, Xocalını eləcə də Zəngəzur mahalını, Təbrizi, Dərbəndi dolanıb müstəqil Azərbaycanımızın paytaxtında alovlansın! Düşmənlərimiz xar olsun!
Mən buna inanıram. Həmin gün gələcək!
Yaşasın Azərbaycanımız!

 

FOTO: Dilavər Nəcəfov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !