Leyla Əliyeva: - Elə bil alovsan, sən hey yanırsan...

Leyla Əliyeva: Elə bil alovsan, sən hey yanırsan...

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva daha bir şeirini təqdim edib.

Şeir onun rəsmi “İnstagram” səhifəsində paylaşılıb.

 

Elə bil alovsan, sən hey yanırsan,
Şölələr saçırsan hey yorulmadan…
Baxışının hökmü canlar dağlayır,
Qəlbləri ram edib məmnun qalırsan.
Gücündən agahsan, bilirəm, dostum,
Onu alət kimi işlədirsən sən.
İnsanlardan kağız kartlar düzəldib,
Vurub, qalib gəlib, təslim edirsən.
Gecəni zülmətdən qoruyan təki
Kimlərə acıyır, kimə yanırsan,
Bu dünyada sən tək ola bilmədik,
Biz tək olmağısa, sən bacarmırsan…
Bəzən sanıram ki, sən cadugərsən -
Gizli arzuları çözən cadugər.
Kini, kidurəti küləyə verib
Qoynunu xeyirə açan cadugər…
Hamını qəzəbdən qoruyan təki
Qılınc düzəltmisən sən yaxşılıqdan!
Onunla rahatca başlar kəsirsən
Buna haqqın varmı, nə düşünürsən?..
Bəzən də sanıram sən ifritəsən...
Səni qınamağa nə ixtiyarım?..
Şəri küləklərə verirsən əlbət,
İndi mələklərə olasan yaxın…
İndi sən nə yerdə, nə də göydəsən
Boşluqlar uçrumu saxlayır səni...
Bəlkə bu səbəbdən belə dərdlisən,
Budu gözündəki parıltı qəmi...
Səni anlamadım, qoy olsun, neynək,
Xətt çəkdim üstündən, qismətdi bu da…
Amma dua etdim hər axşam çağı:
Allaha şükür ki, varsan dünyada!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !