Heroin və metadon aşkar edilib -

Heroin və metadon aşkar edilib

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Azər Babayev gömrük nəzarətindən keçərkən onun əl yükündə, 14 ədəd konfetin içərisində gizlədilmiş və xalis çəkisi 23,791 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Bundan başqa, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn İran vətəndaşı Dadvan Meşginşəhr Ali Nemət oğlu gömrük nəzarətindən keçərkən ona məxsus əl yükündə, üzərində “Salbutamol” yazısı olan şüşə butulkada, təsiredici maddəsinin xalis çəkisi 0,1 qram olan narkotik vasitə - metadon aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !