Həştərxanda Xəzər mükafatı-2015 in təqdimetmə mərasimi keçirilib -

Həştərxanda “Xəzər mükafatı-2015”in təqdimetmə mərasimi keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Həştərxan bölməsi şəhər Administrasiyası ilə birgə “Xəzər mükafatı-2015” mükafatının təqdimetmə mərasimini təşkil edib.

Tədbirin keçirilməsindən məqsəd Həştərxan vilayətində media, mədəniyyət, incəsənət sahələri üzrə fərqlənənlərə mükafatların təqdim edilməsi, həmçinin gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması idi.

Mərasimdən öncə dövlət və hökumət rəsmiləri, mükafata layiq görülən namizədlər və mərasim iştirakçıları Həştərxan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Mərasimdə Həştərxan vilayəti və şəhəri administrasiyalarının rəhbərləri, RAGT-ın Həştərxan bölməsinin rəhbəri və üzvləri, Həştərxan vilayətinin fəal tələbə gəncləri, Azərbaycandan dəvət olunmuş qonaqlar, eləcə də Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə müxtəlif nominasiyalar üzrə mükafatlar və hədiyyələr qalib şəxslərə təqdim edilib.

Mükafatları Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.Afanasyev, Həştərxan şəhər Dumasının sədri Y.Semeonova, şəhər Administrasiyasının başçısı O.Polumordvinov, Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynov, “haqqin.az” saytının baş redaktoru E.Fətullayev təqdim ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !